Monteqyo

Monteqyo (ing. Montagu Island) — səhralıqdan ibarət ada. Ada 10 x 12 km ölçülərinə malikdir. Bristol adası ilə Sonders adası[1] arasında, Atlantik okeanın cənubunda yerləşir. Cənubi Sandviç adalarına daxildir. Arxipelaqın ən hündür və ən böyük adasıdır. İnzibati cəhətdən Cənubi Georgiya və Cənubi Sandviç adaları ərazisinə daxildir.

Monteqyo adası
ing. Montagu Island
Ümumi məlumatlar
Sahəsi 110 km²
Uzunluğu
  • 12 km
Eni 11 km
Hündür nöqtəsi 1370 m
Əhalisi
  • 0 nəf.
Yerləşməsi
58°25′00″ c. e. 26°23′00″ q. u.HGYO
Ölkə  Cənubi Georgiya və Cənubi Sandviç adaları
[[Fayl:|280px|Monteqyo adası xəritədə]]
Monteqyo adası
Monteqyo adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ərazisinin 90% buzlaqla örtülüdür. Ən hündür zirvəsi 1370 m yüksəkliyə malikdir. 2002-ci ilə qədər adada olan vulkanın sönmüş olması hesab edilirdi. 2005-ci ildə səmadan çəkilən şəkillər onu göstərdi ki, lava axınları sayəsində adanın sahəsi 0,2 km² artmışdır. Lava axınları buz qatını özülünə kimi dağıtmışdır[2]. Şəkillərdə bu püskürmənin nəticələrini açıq şəkildə müşahidə etmək olur.

Ada ilk dəfə Ceyms Kuk tərəfindən 1775 ildə kəşf edilmiş və 4 Sendviç Qrafı və Britaniya Amirallığının birinci lordu Con Monteqyonun şərəfinə adlanmışdır. Adaya ilk dəfə Karl Anton Larsen ayaq basıb.

  1. "The Island Encyclopedia". Montagu Island. Oceandots.com. 23 December 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 March 2011.
  2. "Arxivlənmiş surət". 2011-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-09.