Monterey (Kaliforniya)

MontereyABŞ-də şəhər. Kaliforniyanın mədəniyyət mərkəzi

Monterey
Monterey
Bayraq
Bayraq
36°35′ şm. e. 121°51′ q. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1770
Sahəsi
  • 31,735726 km²[1]
  • 30,468812 km² (1 aprel 2010)[2]
Mərkəzin hündürlüyü 8 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 30.218 nəf. (1 aprel 2020)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu +1 831
Poçt indeksi 93940
Digər
monterey.gov
Xəritəni göstər/gizlə
Monterey xəritədə
Monterey
Monterey
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu qədim mənzərəli şəhər Sakit okeanın sahilindəki Monterey yarımadasında yerləşər. Sakinlər tarixi abidələrə çox həssaslıqla yanaşırlar. XIX əsrin sonu, XX əsrin əvvələrində bu mənzərəli balıqçılıq şəhəri rəssamların və yazıçıların sevimli yerlərindən biri idi. Monterrey bu günədək Kaliforniyanın mədəniyyət mərkəzi adını qoruyub saxlaya bilib[4].

Monterey 1770-ci ildə ispan tərəfindən təsis edilib. O zamanlar Kaliforniya Yeni İspaniyanın tərkibində idi. 1775–1849-cu illərdə bu şəhər Kaliforniyanın ilk paytaxtı olmuşdur. 2005-ci ildə bu şəhərin əhalisi 30 641 nəfər olmuşdur.[5] Montereydə ABŞ-nin ən yaxşı okeanariumlarından biri, qədim liman qurğularından biri, Kaliforniyanın ilk mədəniyyət ocaqları olan — teatr, kitabxana və s. kimi sağ qalmış bir çox görməli yerləri vardır.[6] Şəhərdən yalnızca bir neçə kilometr uzaqlıqda unikal sualtı kanyon — Kanyon Menterey yerləşir ki, turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir..[7]

Royal Presidio Chapel kilsəsi.

Bu möhtəşəm kanyon, eləcə də yaxınlığında və digər sualtı kanyonların olması, okeanın yaxınlığında nisbətən kiçik bir sahədə Heyvan və bitki dəniz dünyasının böyük müxtəlifliyinə səbəb oldu, buna görə də bu körfəz dünyanın hər yerindən olan bioloqların, geoloqların və digər alimlərin diqqətini cəlb edir.[8]

Həmçinin bu şəhərdə "17 mil yolu" da vardır ki, hər il minlərlə turisti heyran edir. Belə özəl, lakin ictimaiyyət üçün əlçatan olan ödənişli yol Monterey şəhərinin (şimaldan) və Karmel (cənubdan) arasında okean yarımadasının Monterey adlı kiçik bir hissəsi boyunca uzanır. Yol Sakit okeanın sahili boyunca çimərliklər və qayalar arası ilə uzanır. Bu yol isə Kaliforniyanın ən bahalı saraylarından birinin yerləşdiyi yarımadaya və meşələrə dalır.[9]

1960-cı illərə qədər şəhərdə balıqçılıq ilə məşhur idi. Dünyaca məşhur balıqçılar məhz bura gələrək, möhtəşəm mənzərəni izləyər və balıq tutardı. Sonradan, turizm sahəsi balıqçılığı qabaqladı.

1958-ci ildən şəhərdə hər il məşhur Monterey Jazz Festival — caz festivalı keçirilir. 1967-ci ilin iyun ayında şəhər Monterey rok musiqi festivalının keçirildiyi məkana çevrildi. Üçgünlük konsert tədbiri 16 İyun-18 iyun 1967-ci il tarixlərində Monterey sərgi dairəsinin ərazisində keçirilmişdir. Bu, təxminən 200.000 nəfər tərəfindən ziyarət edilən ilk geniş yayılmış rok festivalı idi, daha çox 55 000–90 000 insan bazar günü gecə yarısı keçirilən tədbirin zirvəsində iştirak etmişdi. Amerikanın ilk böyük çıxışlarından olan Cimi Hendriks, Cenis Koplin və Otis Reddinqin ilk böyük ictimai çıxışlarının məhz burada keçirilməsi də diqqətəlayiqdir.

Hər il aprel ayında, 1991-ci ildən başlayaraq, yarış yolunda və onun ətrafında Sea Otter Classic velofestivalı keçirilir. Hal-hazırda şəhər Silikon Vadisinin yaxınlığında yerləşən sakit istirahət yerlərindən biridir.[10]

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. United States. Bureau of the Census 2016 U.S. Gazetteer Files (ing.). Washington, D.C.: U.S. Census Bureau, 2016.
  2. United States Census 2010.
  3. 2020 United States Census. / red. ABŞ əhalinin siyahıya alınması bürosu
  4. "Ən məşhur mədəniyyət mərkəzləri. ann.az". 2011-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-09.
  5. Henson, Paul; Donald J. Usner. The Natural History of Big Sur (illus. by Valerie A. Kells). Berkeley: University of California Press. 1996. səh. 265. ISBN 978-0-520-20510-9.
  6. Breschini, Gary S.; Trudy Haversat. "Archaeological Investigations at CA-MNT-149, In the Del Monte Forest, Monterey County, California". 1986. 15 October 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 June 2012.
  7. Breschini, Gary S.; Trudy Haversat. "Radiocarbon Dating and Cultural Models on the Monterey Peninsula, California" (PDF). Pacific Coast Archaeological Society Quarterly. 38 (1). Winter 2002. 12 July 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 June 2012.
  8. Şablon:California's Geographic Names
  9. Bolton, Herbert E. Fray Juan Crespi: Missionary Explorer on the Pacific Coast, 1769-1774. HathiTrust Digital Library. 1927. 240–241. 11 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 May 2014.
  10. "Custom House, Monterey". March 20, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 22, 2012.
  11. "Города США и Азербайджана стали побратимами - ФОТО". News.day.az. June 27, 2011. August 12, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 12, 2018.
  • Augusta Fink, Monterey: The Presence of the Past, Chronicle Books, San Francisco, California (1972) ISBN 978-87-7010-720-4
  • California State Waters Map Series—Offshore of Monterey, California, U. S. Geological Survey (2015)
  • City of Monterey Parks and Recreation Master Plan, City of Monterey Parks and Recreation Department (1986)
  • Environmental Hazards Element, city of Monterey, A part of the General Plan, February 1977
  • Flora and Fauna Resources: City of Monterey General Plan Technical Study, prepared for City of Monterey by Bainbridge Behrens Moore Inc., Nov. 2, 1977
  • General Plan, the City of Monterey, (1980)
  • Helen Spangenberg, Yesterday's Artists of the Monterey Peninsula, Monterey museum of Art (1976)
  • Prehistoric Sources Technical Study, prepared for the city of Monterey by Bainbridge Behrens Moore Inc., may 23, 1977