Montiçello

Montiçello (Monticello) — Virciniya ştatının cənubunda yerləşən Tomas Ceffersonun malikanəsi. Bu tikili özündə amerikan klassizmini nümayiş etdirməklə yanaşı, 1987-ci ildən Ümumdünya irsi sırasına aiddir.

Montiçello
Monticello
38°00′37″ şm. e. 78°27′08″ q. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 784,63 ha
Digər
monticello.org
Xəritəni göstər/gizlə
Montiçello xəritədə
Montiçello
Montiçello
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Montiçello parkı

Malikanə 264 metrlik təpənin qılıcında yerləşdiyindən onun adı italyancadan "təpə" mənasını verir.Malikanənin bünövrəsi Andrea Palladionun gətirilmiş rəsmləri əsasında Ceffersonun öz layihəsinə əsasən,1769-cu ildə qoyulmuşdur. Evin iki tərəfindən mətbəxdə yemək bişirən, paltar yumaqla məşğul olan qulların qonaqların gözünə görsənməməsi üçün L hərfi formasında 2 uzun terras uzanmışdır.

1780-ci illərdə Fransa sarayında diplomatik nümayəndə kimi çalışan Cefferson fransız klassizmi haqda düşünməyə başlayır. Vətənə qayıtdıqdan sonra o, Montiçellinin palladian stilində tikilən quruluşunu tamamilə yığışdırılmasını əmr verir və 1796–1809-cu illərdə bir hissəsi kərpicdən, bir hissəsi tirdən tikilən yeni üçmərtəbəli ev tikilmişdir. Ev müxtəlif formalara malik 35 otaqdan və 2 fasaddan- qərb və şərqdən ibarət idi.Tikilini Fəxri legion sarayını bəzəyən səkkizguşəli günbəz bəzəyirdi.

Ceffersonun ölümündən sonra onun qızı evi toxunulmaz saxlamağa çalışsa da, amma geniş təsəsrrüfatı saxlamaq gücündə deyildi. 10 ildən sonra o, Montiçellini öz atasının istedadının pərəstişkarı olan kapitan Leviyə satır.O isə bu tikilini dövlətə vəsiyyət etmişdir. Levinin varisləri onun vəsiyyəti üstündə məhkəmədə mübarizə apararaq 1923-cü ilə qədər bu tarixi mülk üzərində sahiblik etmişdilər. 1923-cü ildə bu tarixi mülk Tomas Ceffersonun memorial fondunun əlinin altına keçir. O vaxtdan Montiçelli muzey kimi fəaliyyət göstərir.

Son illər Montiçelli tarixçilərin Tomas Cefferson və onun yaxınlarının gizli bioqrafiyasının açılmasına cəhdlər sayəsində məşhurlaşmışdır.Son illər genetikanın uğurları sayəsində Ceffersonun öz qulluqçusu-kvarteron Salli Hemminqslə əlaqələri və Sallidən Ceffersonun qanundankənar 8 ağdərili uşağı olması faktı təsdiq edilmişdir.Cefferson ölümündən qabaq onların azadlığa çıxması üçün azadlıq kağızı vermişdir.Bununla bərabər,Salli Tomas Ceffersonun qanuni ağdərili həyat yoldaşının ata tərəfdən bacısı idi. Bu yaxınlarda qanundankənar doğulmuş uşaqların davamçıları üzərində keçirilmiş DNT analizi nəticəsində uşaqlardan birinin eks-prezidentin geninin daşıyıcı olması aşkar edilmişdir. Cefferson özü isə sağlığında bütün bunları inkar etmişdir.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
1953-cü ildə buraxılan 2 dollar kupyurasının reversində təsvir edilən Montiçello

Cefferson təkcə tikilinin zahiri cəhətdən görünüşünü yox, həm də interyerini,mebelini özü layihələndirmişdir. O, yemək otağında yerləşən kaminin dalında aşağıya şərab zirzəmisinə düşən lift də yerləşdirmişdir.

Montiçellinin qərb fasadı ABŞ-də 1938–2003-cü illər arasında və 2006-cı ildən yenidən bugünə qədər də zərb edilən 5 sentlik qəpiklərin arxa tərəfində təsvir edilmişdir. Montiçellinin təsvirinə həmçinin, 1928–1966-cı illərdə zərb edilən 2 dollarlıq kupyuranın üzərində rast gəlmək olardı.

  1. 1 2 ArchINFORM (alm.). 1994.