Karlsbad Mağaraları Milli Parkı — ABŞ-də, Nyu-Meksiko ştatının Eddi Kaunti bölgəsində yerləşən milli park. Park UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmişdir.[3]
Karlsbad Mağaraları Milli Parkı | |
---|---|
ing. Carlsbad Caverns National Park | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 239 723 ha |
Yaradılma tarixi | 14 may 1930 |
Ziyarətçi sayı | |
Ümumdünya irsi | №721 (1995) |
Yerləşməsi | |
32°10′31″ şm. e. 104°26′38″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Yerləşməsi | Nyu-Meksiko |
Yaxın şəhər | Karlsbad |
nps.gov/cave | |
|
|
Rəsmi adı | Carlsbad Caverns National Park |
Tipi | Təbii |
Kriteriya | vii, viii |
Tarixi | 1995 (19-cu sessiya) |
İstinad nöm. | 721 |
Vikianbarda əlaqəli mediafayllar |
Karlsbad Mağaraları Milli Parkı ABŞ-nin Nyu-Meksiko ştatının cənub-şərqindədir. Milli parkın əsas cəlbedici yeri turistik mağara olan Karlsbad mağaralarıdır. Milli park Milad bayramı və Yeni il istisna olmaqla ilin hər günü ziyarətçilərə açıqdır. Turistlər mağaranı gəzmək üçün girişdən daxil ola və ya lifdən istifadə edə bilərlər.
Mağaranın girişi Karlsbad mağarasının təxminən 18 mil cənub-qərbində yerləşir. Milli park Junior Ranger proqramında iştirak edir. Milli parkın iki yeri Milli Tarix Yerləri Siyahısına düşmüşdür: Mağaralar Tarixi Bölgəsi və Ratlsneyk Qeyzerləri Tarixi Bölgəsi. Milli parkın 2/3 hissəsinın səhralardan ibarət olması buranın gələcəkdə dəyişikliklərə uğramasına imkan vermir.
Karlsbad mağaralarına Big Room adında təbii əhəngdən ibarət 1220 metr uzunluğunda, 191 metr genişliyində və 78 metr hündürlüyündə böyük bir salon da daxildir. Bu Şimali Amerikada ən böyük 5-ci, dünyada isə ən böyük 28-ci mağara salonudur. Dünyada ən böyük mağara salonu isə Malayziyadakı Saravak Mağara Salonudur.
250 milyon il bundan əvvəl indiki Karlsbad mağaralarının ətraf ərazisi qədim bir daxili dənizin sahilini əmələ gətirirdi. İndi bu qədim dənizin dibi indi qayalıqları əmələ gətirib. Fərqli böyüklükdəki bu qayalar Perm dövründən qalma qədim Briozoansları, süngərləri və digər mikroorqanizmləri özündə saxlayır. Perm dövründən sonra suyun çoxu qatılaşmış və evaporit və digər çöküntülərlə örtülmüşdür.
Karlsbad Mağaraları Milli Parkı əhəngdaşı yatağının torpaqaltı su təbəqəsinin üstündə olduğu yerdə yerləşir. Mağaranın əmələ gəlməsi zamanı o, yeraltı su təbəqəsində olub. Hətta aşağıda neft ehtiyatları olub. Sezon erasının sonlarında hidrogen-kükürd neft təbəqəsindən yeraltı su təbəqəsinə sızmağa başlayıb. Hidrogen-kükürd ilə suyun tərkibindəki oksigenin birləşməsi kükürd turşusunu əmələ gətirdi. Kükürd turşusu öz növbəsində əhəng daşını həll edərək mağaraları əmələ gətirib. Mağarada gipsin tapılması bu hadisəni təsdiq edir. Belə ki, bu maddə kükürd turşusu ilə əhəngin birləşməsindən yaranıb.
Suyun mağarada quruması ilə birlikdə burada Speleotim mineralları əmələ gəlib. Üst təbəqənin aşınması nəticəsində 1 milyon il içində Karlsbad mağaralarının indiki təbii girişi yarandı. Yerüstü təbəqənin aşınması ilə hava mağaralara daxil oldu. Yağış suyunun və qar ərintisi mağaranın dərinliklərinə sızdı və karbon-dioksidi özünlə apardı. Sonra bəzi yerlərdə su tavana qədər çatırdı və suyun çökməsi və buxarlanması arxada kalsium-karbonat buraxdı. İndi bizim tanıdığımız Stalaktitlər belə əmələ gəldi. Bundan əlavə, mağaranın dibi suyun quruması nəticəsində özündə karbonat turşusu və başqa mineralları saxlaya bilər. Stalaqmitlər məhz belə yarandı. Mağarada həm də başqa quruluşları görmək olar: Soda çöpləri, mağara manifakturaları, helektitlər, mağara popkornları və s. Yüksək temperaturda torpaqda karbon-dioksidin əmələgəlmə göstəricisi artdığı kimi ətraf mühitin temperaturunun dəyişməsi mağaradakı speleotem qayalarına təsir edir. Speleotem qayalarının rəngi mineralların tərkibi formulları ilə müəyyən olunur.
Hələ gənc oğlan ikən Cimmi Vayt mağaraları ev nərdivanı ilə tədqiq edirdi. O böyüyəndən sonra mağara ilə bağlı bir çox tədqiqatlarını davam etdirdi. Mağaradakı bir çox salonu məhz o adlandırdı: "Big Room", Kraliçalar Salonu, Krallar Sarayı, Papon salonu, Nyu-Meksika salonu, Yaşıl Göl salonu və s. Vayt salonlarla yanaşı, mağaralardakı bir çox quruluşu da adlandırdı: Totem Dirəyi, Kaftar Barmağı, Nəhəng Günbəz, Dibsiz Quyu, Fairlandiya, Aysberq Qayası, Günəş Məbədi, Dövrlər Qayası və s.
Mağara və milli park öz adını yaxınlıqdakı Karlsbad şəhərindən alıb. Şəhər isə öz adını indi Karlovi-Vari (həm də "Çarlzbat"(Çarlinin yarasaları) kimi tanınır) adlanan, əvvəl isə almanca "Karlsbad" kimi tanınan Çexiya şəhərindən götürüb.
1932-ci ilə qədər ziyarətçilərin mağaranı ziyarət etməsi çox çətin idi. Lakin 1932-ci ildə mağarada böyük Ziyarətçi məntəqəsi və aşağıya düşmək üçün iki qaldırıcı lift istifadəyə verildi. Yeni tikilidə kafe, muzey, təcili yardım məntəqəsi, gözləmə otağı yerləşirdi.