Moqadişo sultanlığı


Moqadişo sultanlığı (somali Saldanadda Muqdisho, ərəb. سلطنة مقديشو‎) — mərkəzi Moqadişo şəhərində olan, müasir Somalidə XII–XVII əsrlərdə mövcud olmuş orta əsr Afrika dövləti.

Tarixi dövlət
Moqadişo sultanlığı
Bayraq
Bayraq

Paytaxt Moqadişo
Rəsmi dilləri Somali dili, ərəb dili
İdarəetmə forması monarxiya

Tarixi[redaktə | mənbəni redaktə et]

Sultanlıq XII–XIV əsrlərdə Afrika buynuzundakı əhəmiyyətli güclərdən biri kimi Moqadişo şəhəri ətrafında böyümüş, daha sonra böyüyən Ajuran imperiyasının bir hissəsi olmuşdur. Moqadişo sultanlığı ərəb ölkələriHindistan ilə geniş ticarət şəbəkəsini qoruyub saxlayır, regional qızıl ticarətində üstünlük təşkil edir, öz valyutasını zərb edir və indiki Somalinin cənubunda geniş memarlıq irsi buraxırdı. Moqadişudan olan Somali tacirləri Sofaladakı mədənlərdən qızıl çıxarmaq üçün indiki Mozambik ərazisində müstəmləkə qurmuşdular.[1] Afrika buynuzunun daxili bölgələri ilə karvan ticarəti aparılırdı.[2]

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. pg 4 — The quest for an African Eldorado: Sofala, By Terry H. Elkiss
  2. БРЭ, 2012

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Могадишо // Меотская археологическая культура — Монголо-татарское нашествие. — М. : Большая российская энциклопедия, 2012. — С. 564. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004—2017, т. 20). — ISBN 978-5-85270-354-5.