Afrika buynuzu

Somalí və ya Afrika BuynuzuAfrika materikinin şərqində yarımada. Şimaldan Ədən körfəzi, şərqdən Hind okeanının suları yuyulur. Şimal-şərq qutaracağında Qvardafuy burnu yerləşir.

Afrika buynuzu
Ümumi məlumatlar
Sahəsi 750 000 km²
Yerləşməsi
8° şm. e. 48° ş. u.HGYO
Akvatoriya Hind okeanı/Qırmızı dəniz
Ölkələr
Afrika buynuzu xəritədə
Afrika buynuzu
Afrika buynuzu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yarımadanın ərazisinin böyük qismi Somalinin, az hissəsi isə Efiopiyanın tərkibinə daxildir.

Sahəsi 750 000 km² yaxındır.

Coğafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Yarımada həm Ekvatordan həm də Şimal Tropik xətdindən eyni məsafədə yerləşir. Ərazidə ən hündür dağ Efiopiyanın şimal-qərbində Simiem dağıdır. Nə zamansa Simiem və Beyl dağlarının zirvəsi buzla örtülü olur. Dağlar Qırmızı dəniz istiqamətində birdən-birə enir. Hind okeanına doğru isə hündürlük tədricən enir.

Afrika buynuzunda yerləşən mayak

Afrika buynuzu quraqlığı ilə fərqlənir. Ekvatora yaxınlığına baxmayaraq bu istiqamətdən gələn yağıntı verən buludlar öz yağıntısını əsasən Cənubi Sudana tökür və Somali və Cibutiyə az yağıntıya düşür. Efiyopiyanın qərbi və mərkəzi, Eriteriyanın cənubu musson yağışlarının təsirinə məruz qalır. Efiopiyanın dağlıq hissələrinə ildə 2000 mm (Əsməraya isə ortalama 570 mm ) yağıntı düşür. Bölgədə Efiyopiya istisna olaraq digər dövlətlərin suya olan tələbatı yalnız yağışlar hesabına ödənilir.

Qışda passatlar yalnız şimal-şərq hissədə əsasən dağlıq ərazillərdə yağıntı verir. Bu hissədə yağıntının illik miqdarı 500 mm təmkil edir. Şərq sahillərdə güçlü küləklər sahil xəttinə paralel əsdiyindən yağıntının azlığına görə fərqlənir. Bu hissədə illik yağıntının miqdarı 51 mm təşkil edir. может составлять 51 мм.

Qırmızı dənizin sahillərində olduqca isti iqlimə malikdir. Burada iyulda 41°S, yanvarda isə 32°S təşkil edir. Şərq sahillərində soyuq cərəyanın keçməsi ilə əlaqədar iqlin nisbətən mülayimdir, bəzən isə aydın havalarda donmalar baş verir.

Yarımadada yaşıyan əhalinin böyük qismi Somali dilində danışır. Bu dildə danışanların böyük qismi SomaliCibuti kimi ölkələrdə yaşayır. Bundan əlavə Cibuti, EfiopiyaEritreyada yaşıyan əhalinin müəyyən qismi Afar dilində danışır. Bölgədə üstəlik Afraz, tiqrin və Amhar dilindən istifadə edilir (onlarla az saylı dillər də vardır).[1]

Yarımadada mili park və qoruqlar vardır ki, dünya əhəmiyyətlidir. Ərazi meşələrin məhv olması təhlükəsini yaşayır. Beləki əvvəlki meşələrdən cəmi 5% qalmışdır. Digər təhlükə Sokortada infrastrukturun inşafı ilə əlaqədar ətraf mühitə dəyən ziyandır.

Afriks Buynuzunda 220 növ məməli yaşayır. Bir necə antilop növləri Beyra, Dibataq, gümüşü dikdik və və qazel spik soyunun tükənmə təklükəsi vardır. Üstəlik bölgədə Vəhşi Somali maralı, Səhra donuzu, Pavian hamadril, Cırtdan qum sıçanı kimi canlılar yaşayır. Qrevi zebri yarımadanın vəhşi heyvanları arasında xüsusi ilə seçilir. Burada Giena itinə rast gəlmək olar ki, onlarda ümumdünya irsi siyahisina daxildir.[2]

Burada quş növlərindən xüsusi növ Keten quşu (Carduelis johannis), Kəklik (Francolinus ochropectus) xüsusi ilə seçilir

Burada Afrikanın digər hissələrindən daha çox Sürünənlər yaşayır. Beləki burada 285 bioloji növ vardır və onların 90 növünə ancaq Afrika buynuzunda rast gəlmək olar.

Suda-quruda yaşayanlara burada demək olar ki, rast gəlinmir.

Bölgədə 100 növ balıq vardır və onların 10 ancaq Afrika buynuzu yarımadasının ətrafında yaşayır.

Ərazidə 5000 bitki növü vardır və çoxu ancaq bu ərazidə rast gəlinir. Bu xüsusiyyət əsasən Somorta adası və Somalının şimal hissəsində cənləşmişdir. Məsələn: Maqnoliya, Somali MeşənovruzuKordeauksiya kimi bitkilər ancaq Sokotra adasında bitir.

  1. "www.ethnologue.com cites 13 minority languages for Somalia, 83 for Ethiopia and 12 for Eritrea". 2013-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-19.
  2. C. Michael Hogan. 2009. Painted Hunting Dog: Lycaon pictus, GlobalTwitcher.com, ed. N. Stromberg Arxivləşdirilib 2010-12-09 at the Wayback Machine
  • Пискунова Н. И. Африканский Рог: современные проблемы безопасности. — Sааrbrykkеn: LAP LAMBERT Academic Publishing. — 2014. — ISBN 978-3-659-50036-7.