Moris Corc Kendall (ing. Maurice George Kendall; 6 sentyabr 1907[2][3][…], Ketterinq[d] və ya Birləşmiş Krallıq[1] – 29 mart 1983[2][3][…], Redhill[d], Surrey[3]) — ingilis riyaziyyaçısı, statistik.
Moris Kendall | |
---|---|
Doğum adı | Maurice George Kendall |
Doğum tarixi | 6 sentyabr 1907[2][3][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 29 mart 1983[2][3][…] (75 yaşında) |
Vəfat yeri |
|
Vətəndaşlığı | |
Elm sahələri | riyaziyyat[1], riyazi statistika[1] |
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
Ketterinqdə anadan olub. Kembricdəki Sent Con Kollecində riyaziyyat üzrə təhsil alıb və riyaziyyat üzrə fərqlənmə diplomu ilə bitirib. 1929-cu ildə. Kənd Təsərrüfatı Nazirliyində (ing. Ministry of Agriculture) dövlət qulluğuna daxil olmuş, burada statistikanın istifadəsi ilə maraqlanmışdır. Onun ilk işlərindən biri faktor analizindən istifadə etməklə məhsuldarlığı tədqiq etməsi olmuşdur. 1934-cü ildə Kral Statistika Cəmiyyətinin üzvü seçilmişdir. 1949-cu ildən London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində müəllim olmuş, 1961-ci ildən iki il Kral Statistika Cəmiyyətinə rəhbərlik etmişdir. Daha sonra o, Beynəlxalq Statistika İnstitutunun və Birləşmiş Millətlər Təşkilatının himayəsi altında keçirilən Ümumdünya doğumluluq sorğusu (ing. World Fertility Survey) layihəsinə rəhbərlik etmişdir. .1980-ci ildə xəstəlik səbəbindən təqaüdə çıxdı.
Moris Kendall statistika və ehtimal nəzəriyyəsi üzrə çoxsaylı əsərlərin müəllifidir. Dərəcə korrelyasiyası əmsallarından biri onun adını daşıyır[5] .