Morris Çaylds

Morris Çaylds (doğulanda Moyşe Çilovski ing. Morris Childs; 10 iyun 1902, Kiyev2 iyun 1991, Çikaqo) — amerika siyasətçisi, ABŞ Kommunist Partiyasının üzvü (1919–1929 və 1931-ci ildən), partiyanın Mərkəzi Komitəsinin üzvü (1934-cü ildən). 1929–1931-ci illərdə KP-nın üzvü. Uzun müddət — 1954-cü ildən 1980-ci ilin yazına qədər — ABŞ Kommunist Partiyası daxilində Federal Təhqiqat Bürosuna casusluq etmişdir.

Morris Çaylds
Moyşe Çilovski
Doğum tarixi
Doğum yeri Kiyev, Rusiya imperiyası
Vəfat tarixi (88 yaşında)
Vəfat yeri Çikaqo, İllinoys, ABŞ
Vətəndaşlığı ABŞ
Fəaliyyəti siyasətçi, FTB agenti
Mükafatları "Qırmızı bayraq" ordeni "Qırmızı Bayraq" ordeni Prezident Azadlıq medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1902-ci ildə Kiyevdə mənşəcə yəhudi olan İosif Çilovskinin ailəsində anadan olub.[1] Atası inqilabi fəaliyyətinə görə sürgünə göndərilməyə məhkum ediləndə, o, cəzadan yayınaraq Amerika Birləşmiş Ştatlarına qaçmağa nail olub və Çikaqoda məskunlaşıb.[2] 1910-cu ildə onun ailəsi Texasa köç ediblər.[2] Ailə üzvləri yalnız 1911-ci ildə Çikaqoda qovuşa biliblər.[2] Bununla da Morrisin bütün gələcək həyatı ABŞ-la bağlı olub.

Morris Çaylds 1919-cu ildə hələ 17 yaşı olarkən ABŞ-də kommunist partiyası yaranan kimi onun üzvü olub.[3] Çaylds incəsənət kollecində[2] təhsil alarkən siyasi proseslərə böyük maraq göstərib. Partiyanın fəaliyyətində fəallığı ilə fərqlənib. Kiçik qardaşı Jek Çaylds da Amerikada kommunist hərəkatına qoşulub. 1920-ci illərdə ABŞ Kommunist Partiyasının baş katibi Erl Brauder Morris Çayldsa böyük etimad göstərib, partiyadaxili məsələlərin müzakirələrində onun təkliflərini qəbul edib, Mərkəzi Komitə üzvlüyünə namizədlərin seçim məsələsində də o, həlledici söz sahiblərindən biri olub.[4]

1929–1931-ci illərdə Morris Çaylds Moskvada Beynəlxalq Lenin Məktəbində təhsil alıb.[5] Ali təhsil statusu olan bu məktəbdə əsasən xarici ölkələrdə fəaliyyət göstərən Kommunist partiyalarının liderləri, aparıcı qüvvələri təhsil alıblar. Morris SSRİ-də olduğu illərdə rus dilini mükəmməl öyrənib. Tələbə vaxtı gələcəkdə uzun illər SSRİ-nin əsas siyasi fiqurlarından biri sayılan Mixail Suslovla və Otto Kusinen ilə tanış olub.[6] Suslovla tanışlıq qısa müddətdən sonra sıx dostluq əlaqələrinə keçib.[6]

Amerikaya qayıtdıqdan sonra Çaylds ABŞ Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmaqla partiyanın xarici ölkələrlə əlaqələr şöbəsinə, həmçinin partiyanın mətbu orqanı olan "Deyli Uorker" qəzetinə rəhbərlik edib.

Agent kimi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Qardaşı Jek Çaylds "brauderizm"ə görə ABŞ Kommunist Partiyası sıralarından qovulub.[7] O, 1947-ci ildən FTB-su ilə əməkdaşlığa başlayıb.[7] Tezliklə Jek qardaşını da FTB-su ilə əməkdaşlığa cəlb edtməyə nail olub. Belə ki, İkinci Dünya müharibəsindən sonra Morris Çayldsın siyasi karyerasında durğunluq yaranıb, partiyadaxili qruplaşmalarda o, mövqeyini qoruya bilməyib və tutduğu vəzifələrdən azad olunub. Heç yerdən gəlir mənbəyi olmayan Morris Çaylds ağır maddi duruma düşüb, səhhətində ciddi problemlər yaranıb, infark keçirib. Morrisin düşdüyü acınacaqlı vəziyyət ABŞ xüsusi xidmət orqanları əməkdaşlarının diqqətindən yayınmayıb. Onun SSRİ ilə əlaqələrini nəzərə alan FTB fəal kommunisti agentura işinə cəlb etməyi qərarlaşdırıb. 1952-c ilin aprelində sövdələşmə uğurla baş tutdu.[8] Elə ilk danışıqlarda Çaylds əməkdaşlığa razılıq verib.[9] Moris agent kimi ABŞ-nin Federal Təhqiqat Bürosunun CG 5824-S kodu altında fəaliyyət göstərib.[8]

FTB ilk növbədə Çayldsın səhhəti ilə ciddi məşğul olub,[10] sonra bütün maddi tələbatlarını yüksək səviyyədə həll edib, daha sonra isə onun partiyadakı mövqelərini bərpa etmək sahəsində lazımi addımları atıb. Qısa müddətdən sonra Morris ABŞ Kommunist Partiyasındakı əvvəlki nüfuzunu qaytarmağa nail olub. Partiya rəhbərliyi Çayldsa Moskva ilə əlaqələri möhkəmləndirməyi həvalə edib.[8] Bu məqamda köhnə tanışlıq, Suslovla dostluq münasibətləri Morris Çaylds üçün böyük imkanlar açıb.

1957-ci ildən partiyanın sədr müavini vəzifəsini tutur.[8] 1958-ci ildən etibarən Çayldsa SSRİ-yə səfər etmək üçün bütün imkanlar yaradılır. O, 52 dəfə SSRİ-ni ziyarət edir.[11] İldə bir-iki dəfə Moskvaya getməklə Morris Çaylds 22 il ərzində ABŞ Kommunist Partiyasının fəaliyyəti üçün Kremldən 28 milyon dollar maddi dəstək alıb.[12] Təbii ki, iki ölkənin Kommunist partiyaları arasında körpü yaradan Morris Çayldsın əsas missiyası ABŞ xüsusi xidmət orqanlarını informasiyalarla təmin etməkdən ibarət olub və bu missiyanı həyata keçirmək üçün FTB xüsusi olaraq "SOLO" əməliyyatı hazırlayıb.

Onun peşəkarlığı o dərəcədə yüksək səviyyədə olub ki, Kreml onun Moskvadakı ikibaşlı fəaliyyətindən xəbərdar ola bilməyib, əksinə, onu SSRİ-nin ABŞ-dəki ən etibarlı dayaq nöqtəsi sayıblar. Xüsusilə də Mixail Suslov Morris Çayldsa daha çox etibar edib. Uzunillik "SOLO" əməliyyatı Morris Çaylds və onun qardaşı tərəfindən uğurla həyata keçirilib. Kreml dəhlizlərində sərbəst hərəkət etmək səlahiyyəti olan Çaylds FTB-in bütün tapşırıqlarını lazımınca yerinə yetirə bilib. Bu işdə rus dilini mükəmməl bilməsi də ona daha çox informasiya əldə etməyə kömək edib. Çayldsın rus dilini bilməsi haqqında Kreml məmurlarının xəbəri olmayıb. Görüşlərdə bəzən qarşı tərəf öz dillərində kiçik müzakirələr aparanda, yaxud da telefonla danışanda o, söhbətin nədən getdiyini anındaca başa düşüb.[12] O, təkcə SSRİ deyil, Çin, Kuba və digər kommunist ölkə rəhbərləri ilə görüşlərdə də əldə etdiyi olduqca qiymətli məlumatları da ABŞ xüsusi xidmət orqanlarına çatdırırdı.

Onun aktiv fəaliyyəti Sovet hökuməti tərəfindən yüksək qiymətləndirilir. 1975-ci ildə Moskvaya növbəti səfəri zamanı 75 yaşlı amerikalı veteran kommunisti Leonid İliç Brejnev, Siyasi Büronun üzvləri, Mərkəzi Komitənin katibləri böyük təntənə ilə qarşılayıblar. Brejnev Çayldsın şərəfinə badə qaldırıb, şərəfinə uzun-uzuadı nitq söyləyib, onu əsl bolşevik, mübariz kommunist adlandırıb, O, beynəlxalq kommunist hərəkatı qarşısında xidmətlərinə görə şəxsən Leonid Brejnev tərəfindən "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunub.[13]

Çaylds agent kimi son missiyasını 1977-ci ildə yerinə yetirdi.[11] O, 1982-ci ildə təqaüdə çıxana qədər FTB-dən əmək haqqı alırdı.[5] Əməliyyatın vacibliyi və xüsusi əhəmiyyəti səbəbindən FTB-də yalnız çox kiçik bir qrupa Çayldsin kimliyi məlum idi. 13 il ərzində FTB-nin Çikaqo və Nyu York ofislərində yalnız dörd agent "SOLO" əməliyyatına cəlb edilmişdi. Deşifrə risklərini minimuma endirmək üçün yalnız bir şəxs xüsusi agent Valter Boyl şəxsən Çayldsa görüşürdü.[14] FTB-nin tarixində heç vaxt bu qədər uzun müddət ərzində bir agent tək bir iş üzrə çalışmamışdı.[14]

ABŞ hakimiyyəti də Morris Çayldsın fəaliyyətini yüksək qiymətləndirib. ABŞ-nin 56-cı dövlət katibi Henri Kissincer Morris Çaylds haqqında olduqca yüksək və maraqlı fikir bildirib:

" Morris Çaylds öz işinin peşəkarıdır. O, həm də təşəbbüskardır, situasiyaya uyğun qərar verməyi bacarandır. Məhz onun sayəsində biz Kremlin kabinetlərində hansı hadisələrin baş verdiyini, Kreml məmurlarının nə düşündüyünü bilmişik. Bu, Morris Çayldsın Amerika qarşısında ən böyük xidmətidir... "

1987-ci ildə isə Morris Çaylds antikommunist fəaliyyətinə görə şəxsən prezident Ronald Reyqanın təqdimatı ilə "Prezident Azadlıq medalı"na təqdim olunub.[15]

Ölümü və mirası

[redaktə | mənbəni redaktə et]

Morris Çaylds 1991-ci ildə 89 yaşına səkkiz gün qalmış Çikaqoda vəfat edib.[5]

1962-ci ildə Morris onunla tez-tez Moskvaya səfər edən və özü kimi FTB-nin məlumatçısı olan Yeva Eva Çaylds ilə ailə qurub.[16]

Morris ömrünün son illərində memuarlarını yazmaqla məşğul olub. Onun şəxsi arxivi, Kaliforniyadakı Stenford Universitetinin Huver İnstitutunda Palo Alto arxivində saxlanılır.[5] Morris Çaylds ilə əlaqəli əlavə material, Huver İnstitutunun arxivi tərəfindən saxlanılan Con Barron sənədlərində də tapıla bilər. Belə ki, "Reader Digest" jurnalının keçmiş redaktoru Barron, 1996-cı ildə nəşr olunan "SOLO" Əməliyyatı haqqında kitabın müəllifi və tədqiqatları zamanı İkinci Dünya Müharibəsindən sonra Amerika Kommunist Partiyası haqqında çoxlu material toplamışdır.[17]

  • Illinois Needs a Farmer-Labor Party. Chicago: Workers Literature Distributors, 1936. (ing.)
  • Illinois Program and Publicity Committee, 20th Anniversary USSR, 1917–1937: Souvenir Book. (Contributor.) Chicago: Communist Party of the United States of America, 1937. (ing.)
  • Unite the People of Illinois for Jobs, Security, Peace and Democracy. Chicago: Illinois State Committee of the Communist Party, 1938. (ing.)
  1. John Barron, Operation SOLO: The FBI's Man in the Kremlin. Washington, DC: Regnery Publishing Co., 1996; pg. 22.
  2. 1 2 3 4 Barron, Operation SOLO, pg. 18.
  3. Barron, Operation SOLO, pg. 19.
  4. Some sources wrongly report the date of Childs' party membership as 1919, based confusion over Childs' later (erroneous) claims of having been considered a "charter member" despite joining the Communist movement in 1921, rather than the foundation year of 1919. Childs' biographer, John Barron, should be regarded as definitive on his date of party membership — 1921. See: Barron, Operation SOLO, pg. 19.
  5. 1 2 3 4 Lora Soroka and Xiuzhi Zhou, "Register of the Morris Childs Papers, 1938–1995," Arxivləşdirilib 2012-03-14 at the Wayback Machine Palo Alto, CA: Hoover Institution Archives, Stanford University, 1999.
  6. 1 2 Barron, Operation SOLO, pg. 24.
  7. 1 2 Barron, Operation SOLO, pg. 43.
  8. 1 2 3 4 Clyde Tolson, "Background Data Regarding Development of CG 5824-S Morris Childs as FBI Informant and his Subsequent Advancement to National Leadership Position in Communist Party USA," memorandum to J. Edgar Hoover, March 12, 1959, pg. 1. Published in "FBI SOLO Files — March 1958 to August 1960." Washington, DC: Federal Bureau of Investigation, August 2011; part 10, pdf pg. 1350.
  9. Barron, Operation SOLO, pp. 45–48.
  10. Barron, Operation SOLO, pp. 48–49.
  11. 1 2 Richard Gid Powers, "Double Agent," Arxivləşdirilib 2018-04-05 at the Wayback Machine New York Times, April 21, 1996.
  12. 1 2 John Earl Haynes and Harvey Klehr, In Denial: Historians, Communism and Espionage. San Francisco: Encounter Books, 2003; pg. 69.
  13. Barron, Operation SOLO, pg. 4.
  14. 1 2 Barron, Operation SOLO, pg. 12.
  15. Barron, Operation SOLO, pg. xiii.
  16. Barron, Operation SOLO, pg. xiv.
  17. Lora Soroka and Xiuzhi Zhou, "Register of the John Barron Papers, 1927–1996," Arxivləşdirilib 2012-02-08 at the Wayback Machine Palo Alto, CA: Hoover Institution Archives, Stanford University, 1999.

"SOLO" əməliyyatı sənədləri

[redaktə | mənbəni redaktə et]
  • FBI SOLO FBI files Vaşinqton Sənədləri: Federal İstintaq Bürosu, daha geniş sənədləri (ing.)
  • F. J. Baumgardner, "Baumgardner Memorandum of 19 June 1958." Vaşinqton Sənədləri: Federal İstintaq Bürosu, avqust 2011. "SOLO" əməliyyatının əsasını ümumiləşdirən qeydlər. (ing.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]