Moskva (raket kreyseri)

"Moskva" — Rusiya qvardiya raket kreyseri, 1164 "Atlant" layihəsinin baş gəmisi. Nikolayev şəhərində 61 Kommunar adına Gəmiqayırma Zavodunda tikilib, əvvəlcə "Slava" adını almışdır. O, Gürcüstanda (2008), Krımda (2014) , Suriyada (2015) və Ukraynada (2022) hərbi münaqişələrdə iştirak edib.

"Moskva" raket kreyseri
rus. Ракетный крейсер «Москва»
"Moskva" raket kreyseri 2012-ci ildə
"Moskva" raket kreyseri 2012-ci ildə
Təşkilat Qara dəniz donanması
İnşasının başlanma tarixi 5 noyabr 1976-cı il
Salınma tarixi 27 iyul 1979-cu il
Batma tarixi 14 aprel 2022-ci il
İstehsalçı 61 kommunara adlı Gəmiqayırma Zavodu
Növü raket kreyseri
İştirak etdiyi döyüşlər
Sərnişin tutumu 510 insan, 680 insan[1]
Sürəti 32 düyün (tam)
Uzunluğu 186,5 m
Eni 20,8 m
Hündürlüyü 42,5 m
Kütləsi 11.280 t[2]
Su sıxışdırması 11 490 ton (tam)
Tərsanə nömrəsi 2008[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

24 fevral 2022-ci ildə Ukraynaya Rusiya işğalı zamanı gəmi Zmeynıy adasının ələ keçirilməsində iştirak edib. Ukrayna hökumətinin nümayəndələrinin iddiasına görə, məhz "Moskva" raket kreyserinin ünvanına "Rus döyüş gəmisi, s***** get" ifadəsi səsləndirilib.

2022-ci il aprelin 13-dən 14-nə keçən gecə baş vermiş yanğın və partlayış nəticəsində gəmiyə ciddi ziyan dəyib. Ukrayna hakimiyyət orqanlarının nümayəndələri bəyan ediblər ki, gəmi iki "Neptun" gəmi əleyhinə raketi ilə hücuma məruz qalıb . Aprelin 14 — də Rusiya Müdafiə Nazirliyi bildirib ki, kreyser fırtınalı şəraitdə limana çəkilərkən yanğın zamanı döyüş sursatların partlaması nəticəsində korpusa ziyan dəydiyi üçün batıb[3].

"Moskva" raket kreyserinin batması Ukrayna ilə müharibədə Rusiyanın ən bahalı hərbi itkisi olub. Təxminən 2 milyard dollar ilkin dəyəri ilə kreyserin qalıq dəyəri 750 milyon dollar idi[4].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Гвардейский ордена Нахимова ракетный крейсер «Москва». Rusiya Müdafiə Nazirliyi.
  2. 1 2 Guided Missile Cruisers - Project 1164 // RussianShips.info.
  3. "Гибель российского крейсера "Москва" в Черном море: пять важных вопросов". BBC News Русская служба. 2022-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-17.
  4. Deutsche Welle. "Минобороны РФ: Крейсер "Москва" затонул при буксировке | DW | 14.04.2022" (rus). 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-15.