Moulin Rouge! Music from Baz Luhrmann's Film

Moulin Rouge! Music from Baz Luhrmann's FilmBaz Luhrmannın 2001-ci ildə çəkdiyi Mulen Ruj! Filminin musiqilərinin toplandığı albomdur. Albom 8 may 2001-ci ildə satışa çıxarılmışdır. Albomda filmdə istifadə edilmiş mahnıların əksəri yer almışdır. Lakin mahnıların bəzilərinin alternative versiyaları daxil edilmiş, iki – üç əsas mahnı isə alboma salınmamışdır. Mahnıların filmdə istifadə edilən original versiyaları və ekstra mahnılar isə ikinci albomda satışa çıxarılmışdır.

Moulin Rouge! Music from Baz Luhrmann's Film
Albomun üz qabığı
Albomun üz qabığı
Yayımlanma tarixi 8 may 2001
Yazılma tarixi sentyabr 2000 – mart 2001[1]
Janr film musiqisi
Müddət 60:12
Leybl Interscope
Prodüser Baz Luhrmann
Albom xronologiyası
"N/A" "Moulin Rouge! Music from Baz Luhrmann's Film"
(2001)
"Moulin Rouge! Music from Baz Luhrmann's Film, Vol. 2"
(2002)

Əsas film musiqisi Devid BearvoldKevin Gilbert tərəfindən yazılmış "Come What May" mahnısı albomda olan yeganə original mahnıdır.[2] Açılış mahnısı – "Nature Boy" film üçün Devid Buvi tərəfindən ifa edilmişdir. Filmin gedişatı zamanı isə mahnı, filmdə Tuluzalı Henri rolunu canlandıran aktyor Con Lequizamo tərəfindən ifa edilir. ABŞ musiqiçisi Eden Ahbez qeyd edir ki, mahnı əslində Buvi və "Massive Attack"ın ifasında və Nikol Kidmanın dialoqu zamanı ifa edilməli idi.

Filmdə istifadə edilmiş "Lady Marmalade" mahnısı Bob Kriv və Kenni Nolan tərəfindən yazılıb və 1970-ci illərdə xanımlardan ibarət "Labelle" ifasından sonra məşhurlaşmışdı. Mahnının mətni seksual məzmuna malikdir. Mahnının girişində istifadə edilən "Voulez-vous coucher avec moi, ce soir?" sözləri tərcümədə "Bu gecə mənimlə yatmaq istəyirsənmi?" anlamına gəlir.[3] Mahnının "Labelle" tərəfindən ifa edilmiş versiyası 2003-cü ildə "Grammy Hall of Fame"ə daxil edilmişdir.[4] Film üçün isə mahnını Kristina Agilera, Lil' Kim, Mýa, və Pinktərəfindən, Missy Elliottun təqdimatı və vokal əlavələri ilə ifa etmişlər. Mahnının bu versiyası da yaxşı qarşılanaraq ABŞ – da Billboard Hot 100 hit paradına daxil olmuş və Pop musiqidə Ən yaxşı işbirliyi kateqoriyasında Qremmi mükafatına layiq görülmüşdür.

"Because We Can" mahnısı isə Norman Kuka etibar edilmiş və mahnı onun səhnə adı "Fatboy Slim" adıyla ifa edilmişdir. Mahnınn tərkibinə "Zidlerin repi" hissələri də daxildir. Həin hissələr filmdə Harold Zidler rolunu canlandıran Cim Broadbent tərəfindən ifa edilmiş və "'Can Can' for the next generation" adlandırılmışdır.

"Sparkling Diamonds" mahnısı Nikol Kidman, Cim Broadbent, Karolin O'Connor, Natali MendozaLeo Robin tərəfindən ifa edilmişdir. Mahnı özündə "Gentlemen Prefer Blondes" (1949) filminin "Kerol Çenninq" adlı mahnısı və Madonnanın məşhur "Material Girl" mahnısını birləşdirmişdir.

"Rhythm of the Night" mahnısı isə məşhur ABŞ R&B qrupu "DeBarge"ın 1985-ci ildə çıxardığı sinqldır. Mahnı Billboard Hot R&B hit paradında birinci, Billboard Hot 100 hit paradında isə üçüncü yerə yüksəlmişdir və qeyd edilir ki, mahnının müəllifi Diana Varenin karyerasında sıçrayışa səbəb olmuşdur. Mahnının film üçün hazırlanmış versiyası Valeria tərəfindən ifa edilmişdir və mahnıya Nikol Kidmanın dialoqu da daxil edilmişdir.

Mahnıların siyahısı

[redaktə | mənbəni redaktə et]
# Başlıq İfaçı(lar) Vaxt
1 "Nature Boy" David Bowie 3:25
2 "Lady Marmalade" Christina Aguilera, Lil' Kim, Mýa and Pink 4:25
3 "Because We Can" Fatboy Slim 3:27
4 "Sparkling Diamonds" Nikol Kidman, Jim Broadbent, Caroline O'Connor, Natalie Mendoza and Lara Mulcahy 2:52
5 "Rhythm of the Night" Valeria 3:49
6 "Your Song" Ewan McGregor and Alessandro Safina 3:40
7 "Children of the Revolution" Bono, Gavin Friday and Maurice Seezer 2:59
8 "One Day I'll Fly Away" Nikol Kidman 3:18
9 "Diamond Dogs" Beck 4:34
10 "Elephant Love Medley" Ewan McGregor, Nikol Kidman and Jamie Allen 4:13
11 "Come What May" Ewan McGregor and Nikol Kidman 4:48
12 "El Tango de Roxanne" Ewan McGregor, José Feliciano and Jacek Koman 4:42
13 "Complainte De La Butte" Rufus Wainwright 3:07
14 "Hindi Sad Diamonds" Nikol Kidman, John Leguizamo and Alka Yagnik 3:28
15 "Nature Boy" David Bowie and Massive Attack 4:23
16 "Lady Marmalade" (Thunderpuss radio mix) (bonus track) Christina Aguilera, Lil' Kim, Mýa and Pink 4:09
17 "Come What May" (Josh G. Abrahams remix) (bonus track) Ewan McGregor and Nikol Kidman 4:01

Moulin Rouge! Music from Baz Luhrmann's Film albomu ABŞ – da Billboard 200 hit paradında 16 may 2001-ci ildə beşinci yerdə debüt etmişdir.[5] Dörd həftə keçdikdən sonra isə albom ən yüksək pilləsinə – üçüncü yerə yüksəlmişdir.[6] Albom Top Soundtracks chart[7] hit paradında birnci yerə, Top Pop Catalog chart hit paradında isə otuz üçüncü yerə kimi yüksəlmişdir.[8] 23 aprel 2002-ci ildə alboma Recording Industry Association of America tərəfindən ikiqat platinium sertifikat verilmişdir.[9]

Albom Avstraliyada albom hit paradında 11 may 2001-ci ildə dördüncü yerdə debüt etmişdir. Növbəti həftə albom birinci yerə yüksəlmiş və 52 həftə albom hit paradında qalmışdır.[10] Albom Yeni Zellandiya albom hit paradında da birinci yerə yüksəliş və on altı həftə hit paradda qalmışdır.[11] Albom eyni zamanda Avstriya[12], Danimarka[13], Fransa[14]Norveç[15] də ilk beşliyə daxil olmuşdur.

Hit parad (2001) Yüksəldiyi
yer
Australian Albums Chart[10] 1
Austrian Albums Chart[12] 4
Danish Albums Chart[13] 4
Finnish Albums Chart[16] 10
French Albums Chart[14] 4
New Zealand Albums Chart[11] 1
Norwegian Albums Chart[15] 5
Swiss Albums Chart[17] 13
US Billboard 200 3
Ölkə Tarix Leybl Format(lar) Kataloq
ABŞ, Avropa 8 may 2001 Interscope Records CD, Dijital yükləmə 490507–2[18][19]

Qələbə və məğlubiyyəti

[redaktə | mənbəni redaktə et]
Sələfləri 
Tollun "Lateralus" albomu
ARIA Albums Chart number-one album
28 may 200112 avqust 2001
Xələfləri 
Müxtəlif ifaçıların "Bridget Jones's Diary (soundtrack)" albomu
  1. "Arxivlənmiş surət". 2022-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-15.
  2. de Bloois, Joost; Houppermans, Sjef; Korsten, Frans-Willem, redaktorlar Discernements. 2004. səh. 167. ISBN 90-420-1812-7. August 19, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 3, 2010.
  3. Schneider, Mary. "Minding my language". The Star. Selangor, Malaysia: Star Publications. March 29, 2004. June 22, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 3, 2010.
  4. "Grammy Hall of Fame Award". National Academy of Recording Arts and Sciences. December 24, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 3, 2010.
  5. Cohen, Jonathan. "Destiny's Child Holds Off Wings, Janet At No. 1" [ölü keçid]. Billboard. 16 may 2001. Retrieved 3 June 2009.
  6. "The Billboard 200 (Chart Listing for the Week of Jun 16 2001)" [ölü keçid]. Billboard. Retrieved 3 June 2009.
  7. "Top Soundtracks (Chart Listing for the Week of Feb 07 2009)" [ölü keçid]. Billboard. Retrieved 3 June 2009.
  8. "Top Pop Catalog (Chart Listing for the Week of Aug 16 2003)" [ölü keçid]. Billboard. Retrieved 3 June 2009.
  9. "Searchable Database" Arxivləşdirilib 2016-01-05 at the Wayback Machine. Recording Industry Association of America. Retrieved 3 June 2009. Qeyd: İstifadəçi 'Title' hissəsində "Moulin Rouge" adını yazıb axtarmalıdır.
  10. 1 2 "Soundtrack – Moulin Rouge (Album)" Arxivləşdirilib 2011-12-28 at the Wayback Machine. Australian-Charts.com. eMedia Jungen. Retrieved 2 June 2009.
  11. 1 2 "Soundtrack – Moulin Rouge (Album)" Arxivləşdirilib 2012-05-22 at the Wayback Machine. Charts.org.nz. eMedia Jungen. Retrieved 2 June 2009.
  12. 1 2  (alm.) "Soundtrack – Moulin Rouge (Album)" Arxivləşdirilib 2011-11-27 at the Wayback Machine. AustrianCharts.at. Hung Medien. Retrieved 2 June 2009.
  13. 1 2 "Soundtrack – Moulin Rouge (Album)" Arxivləşdirilib 2012-02-24 at the Wayback Machine. DanishCharts.com. eMedia Jungen. Retrieved 2 June 2009.
  14. 1 2  (fr.) "Soundtrack – Moulin Rouge (Album)" Arxivləşdirilib 2013-11-08 at the Wayback Machine. LesCharts.com. eMedia Jungen. Retrieved 2 June 2009.
  15. 1 2 "Soundtrack – Moulin Rouge (Album)" Arxivləşdirilib 2013-11-13 at the Wayback Machine. NorwegianCharts.com. eMedia Jungen. Retrieved 2 June 2009.
  16. "Soundtrack – Moulin Rouge (Album)" Arxivləşdirilib 2022-04-02 at the Wayback Machine. FinnishCharts.com. eMedia Jungen. Retrieved 2 June 2009.
  17. "Soundtrack – Moulin Rouge (Album)" Arxivləşdirilib 2013-11-13 at the Wayback Machine. SwissCharts.com. Hung Medien. Retrieved 2 June 2009.
  18. Moulin Rouge! Music from Baz Luhrmann's Film (CD liner notes). Interscope Records. may 2001.
  19. "Various Artists – Moulin Rouge (Soundtrack from the Motion Picture)". iTunes Store. Apple Inc.. Retrieved 2 June 2009.