Con Ono Lennon (doğum adı Con Vinston Lennon, sonradan dəyişdirilmiş adı Con Vinston Ono Lennon; ing. John Winston Ono Lennon; 9 oktyabr 1940[2][3][…] – 8 dekabr 1980[2][3][…], Nyu-York, Nyu-York ştatı[4]) — məşhur The Beatles qrupunun yaradıcısı və ifaçısı, Böyük Britaniyanın cəngavər titulunun sahibi, Akademiya və Qremmi mükafatı laureatı, britaniyalı rok-musiqiçi, müğənni, bəstəkar, qrafika rəssamı və yazıçısı. XX əsrin ən məşhur musiqiçilərindən biri hesab edilir. O 1940-cı il 9 oktyabr tarixində Böyük Britaniyanın Liverpul şəhərində doğulub. Lennon uşaq vaxtı məktəbi sevmirdi. Çox ağıllı olmasına baxmayaraq ən yaxşı şagirdlərin sırasından ən pislərin sırasına düşmüşdü. Lakin məktəbdə öz daxili incəsənət sevgisini və bacarığını üzə çıxarıb. O məktəb xorunda oxuyub və məktəb jurnalını buraxırdı. Həmin illər Alisa möcüzələr ölkəsində kitabını oxuyurdu.
Con Lennon | |
---|---|
John Lennon | |
Ümumi məlumatlar | |
Doğum adı | John Winston Lennon[1] |
Ləqəbi | Dr. Winston O’Boogie |
Doğum tarixi | |
Doğum yeri |
Liverpul, {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
Vəfat tarixi | (40 yaşında) |
Vəfat yeri | Nyu-York, ABŞ |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Milliyyəti |
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }}ABŞ |
Həyat yoldaşları |
|
Uşaqları | 2 (Şon Lennon daxil olmaqla) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti |
Müğənni bəstəkar gitaraçı pianoçu şair aktyor ictimai xadim rəssam yazıçı |
Fəaliyyət illəri | 1957-1975; 1980 |
Janrlar | Rok, pop |
Musiqi alətləri | Vokal, gitara, piano, harmonika, elektronik orqan |
Səs tembri | bariton |
Albom şirkətləri |
Parlophone Capitol Apple Records Vee-Jay EMI Geffen |
Əlaqələri |
The Beatles Plastic Ono Band The Dirty Mac The Quarrymen |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları |
|
johnlennon.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1950-ci illərin ortaları Bill Heylinin Rock Around the Clock mahnısı işıq üzü gördükdən sonra Liverpulda rock and roll populyarlıq qazanmağa başladı. Ronni Doneqanın Rock Island Line mahnısı isə skifl janrına həyat verdi. Bu janr tez bir zamanda İngiltərə gəncləri arasında məşhurluq qazandı. Çünki onu ifa etmək üçün musiqini mükəmməl bilmək gərəkmirdi. Buna görədə 50-ci illərdə İngiltərədə çox gənc skifl qrupları yaranmışdı. Rock and rollsa əsl populyarlığı ABŞ-də Elvis Preslinin peyda olması ilə qazandı.
Yeni yaranan dalğa Lennondan da yan keçmədi. 1956-cı ildə o məktəb yoldaşları ilə oxuduqları məktəbə adını həsr edən "The Quarrymen" qrupunu qurdu. Lennon özü gitarada ifa edirdi. Ondan başqa qrupda daha 5 dostu var idi. 1957-ci il 6 iyulda Lennon Pol Makkartni ilə tanış olur və onu "Quarryman" qrupuna dəvət edir. Pol Makartni isə özü ilə birgə dostu Corc Harrisonu da qrupa gətirir. Daha sonra Lennon Liverpul incəsənət kollecinə daxil olur. Orada o styuart satkliflə tanış olaraq onu da qrupa dəvət edir. 1959-cu ildə qrupun adı dəyişərək ilk öncə "Silver Beetles", ondan sonra isə The Beatles olur.
1966-cı ildə Lennon incəsənət sərgisi İndikada öz əsərlərini sərgiləyən Yoko Ono ilə tanış olur. Birgə həyatları isə 1968-ci ildə başlayıb. 1969-cu il 20 mart tarixində Lennonla Yoko Ono evlənirlər. Bal ayını Avropanı gəzərək Paris, Amsterdam, Vyana və Monrealda keçirirlər.
Con Lennonun 1975-ci il 9 oktyabr 35 yaşını qeyd etdiyi gün oğlu Şon dünyaya gəlib. Bundan sonra o musiqi karyerasını başa vurduğunu və qarşıdan gələn 5 il müddətində həyatını yalnız oğluna həsr edəcəyini qeyd edir.
Lennonun son albomu 1980-ci ildə işıq üzü görüb. "Double Fantasy" adlı albom musiqi tənqidçiləri tərəfindən də çox bəyənilmişdi. Albomun satışa çıxmasından 3 həftə sonra Con Lennon dünyasını dəyişir.
1980-ci il 8 dekabr musiqisini bütün dünyada sülhə həsr edən sənətkar Nyu-York şəhərində 72-ci Avenyu və Sentral Park prospektlərinin kəsişməsində öz fanatı Mark Çepmen tərəfindən qətlə yetirilib. Çepmen ona arxadan 5 dəfə atəş açmışdı. Hazırda həbsdə olan Çepmen tutularkən Cerom Selincerin "Çovdarlıqda uçurumdan qoruyan" əsərinin 27-ci fəslində Lennonu öldürmək haqqında gizli mesajlar oxuduğunu iddia edirdi. İllər keçdikdən sonra isə o məşhur "Mən tanınmış adam olmaq istəyən heç kim idim" etirafını etdi. Onun qətl motivləri indiyədək mübahisəli qalır.
Musiqiçi olmaqla yanaşı Lennon həm də siyasi fəal idi. Siyasi fikirlərini həm mahnılarında, həm də açıq şəkildə ifadə edirdi. Məşhur "Imagine" mahnısında Lennon dünyanı necə görmək istədiyini açıq şəkildə bildirir. Lennon bərabərlik və yer üzündə yaşayan bütün insanların qardaşlığı, sülh və azadlıq kimi ideyaları təbliğ edirdi. Bu kimi təbliğatları sayəsində keçən əsrin 60-70-ci illərində "hippi" fəlsəfi hərəkatının simvoluna və ən tanınmış üzvlərindən birinə çevrilib.
2002-ci ildə Böyük Britaniya media nəhəngi BBC-nin keçirdiyi rəy sorğuları əsasında tərtib edilən "Bütün dövrlərin 100 ən dahi britaniyalısı" siyahısında Con Lennonun adı 8-ci yerdə qərar tutur. Digər dünya şöhrətli "Rolling Stone" jurnalı isə "Ölməzlər: Bütün dövrlərin 50 ən dahi sənətkarı" siyahısında Con Lennonu 38-ci, yaratdığı "Beatles" qrupunu isə birinci yerə layiq görür.
Dekabrın 8-i Beatles qrupunun əfsanəvi solisti Con Lennonun vəfatının 30-cu ildönümü tamam olub. 1940-cı ildə Liverpulda anadan olan Con Lennon özünün ilk Quarrymen qrupunu (latınca-ferrisent) 1957-ci ildə yaratmışdı. Bundan bir il sonra Pol Makkartni və Corc Harrison ona qoşulur və bu qrupun əsasında Beatles qrupu yaradılıb. 1970-ci ildə dağılan Beatles qrupunun dünya üzrə bir milyarddan artıq diski satılıb. Qrupun dağılmasından sonra Con Lennon solo karyerasını davam etdirmişdir. Lennonun ən populyar solo albomu hesab edilən “Imagine” 1971-ci ildə işıq üzü görüb. Con Lennon iki dəfə evlənmişdir və onun hər evlilikdən bir övladı var. 1980-ci il dekabrın 8-də Lennon həyat yoldaşı Yoko Ono və oğlu Şonla yaşadığı evin qarşısında pərəstişkarı Mark Deyvid Çepmen tərəfindən güllə ilə vurulub öldürülmüşdür. Çepmen Nyu York ştatında Roçester həbsxanasında cəza müddətini çəkir.
8 dekabr 1980-ci ildə musiqisini bütün dünyada sülhə həsr edən sənətkar Nyu-York şəhərində 72-ci Avenyu və Sentral Park prospektlərinin kəsişməsində öz fanatı Mark Çepmen tərəfindən qətlə yetirilmişdir. Çepmen ona arxadan 5 dəfə atəş açmışdı. Hazırda həbsdə olan Çepmen tutularkən Cerom Selincerin "Çovdarlıqda uçurumdan qoruyan" (The Catcher in the Rye) əsərinin 27-ci fəslində Lennonu öldürmək haqqında gizli mesajlar oxuduğunu iddia edirdi. İllər keçdikdən sonra isə o məşhur "Mən tanınmış adam olmaq istəyən heç kim idim" (I was nobody who wanted to be somebody) etirafını etdi. Onun qətl motivləri indiyədək mübahisəli qalır.
Mənim 5 yaşım olanda anam mənə hər gün deyərdi ki, "həyatın açarı xoşbəxtlikdir". Mən məktəbə gedəndə, məndən soruşdular ki, "böyüyəndə kim olmaq istəyirsən?". Mən yazdım ki, "xoşbəxt". Onlar mənə dedilər ki, "sən tapşırığı başa düşməmisən" və mən də onlara söylədim ki, "onlar həyatı dərk etməyiblər". (Con Lennon)