Mun Son Men (6 yanvar 1920[1][2] və ya 25 fevral 1920[3], Şimali Pxenyan[d] – 2 sentyabr 2012[4] və ya 3 sentyabr 2012[5]) Moon sektasının banisi həmçinin də dini lider, iş adamı və fəal.[6] Məsih olduğunu iddia edərək 1954-cü ildə Vəhdət Kilsəsini (Unification Church) yaratmış və “İlahi Prinsip” (Divine Principle) adlı kitab yazmışdır.[7]Onun təriqətinin əsas məqsədi xristianların hamısını vahid bir kilsənin ətrafında birləşdirmək və eyni zamanda da antikommunizm olmuşdur. O həmçinin də, Koreyanın birləşdirilməsini də dəstəkləmişdir.[8]
Mun Son Men | |
---|---|
kor. 문선명 | |
Doğum tarixi | 6 yanvar 1920[1][2] və ya 25 fevral 1920[3] |
Doğum yeri |
|
Vəfat tarixi | 2 sentyabr 2012[4] (92 yaşında) və ya 3 sentyabr 2012[5] (92 yaşında) |
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri | |
Uşaqları | 14 |
Təhsili | |
Fəaliyyəti | dini rəhbər[d], iş adamı, yazıçı |
reverendsunmyungmoon.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Men on yaşında olarkən onun ailəsi xristianlığı qəbul etmiş və bununla da onun xristianlıqla tanışlığı başlamışdır;[9] 1947-ci ildə Şimali Koreyada casusluqda təqsirli bilinərək 5 il həbs cəzasına məhkum edilmişdir.[10]