Munis Bayramov

Munis Bayramov Məmməd oğlu — Qaradağ Rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri. Birinci dərəcəli dövlət qulluqçusu. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2013-cü ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, 2017-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[1][2]

Munis Bayramov
Munis Bayramov Məmməd oğlu
Şəxsi məlumatlar
Doğum tarixi (60 yaş)
Doğum yeri Gürcüstan, Bolnisi
Partiya

Yeni Azərbaycan Partiyasının təsisçilərindən, 91-lərdən biri olmuşdur.[3] YAP-ın idarə heyətinin (1992–1999), YAP siyasi şurasının üzvü olmuşdur (1999–2005).

Həyatı[redaktə | mənbəni redaktə et]

Munis Bayramov 18 noyabr 1962-ci ildə Gürcüstanın Bolnisi şəhərində anadan olmuşdur. 1984-cü ildə Həsən bəy Zərdabi adına Kirovabad (Gəncə) Dövlət Pedoqoji İnstitutunun filologiya fakultəsini, 1999-cu ildə isə Bakı Dövlət Universitetinin hüquq fakultəsini fərqlənmə diplomları ilə bitirmişdir.

Əmək fəaliyyətinə İsmayıllı rayonunda müəllimliklə başlamışdır.

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1997-ci ilin oktyabr ayından 2000-ci ilin sentyabr ayınadək Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmışdır. 2001-ci ilin iyul ayından Qaradağ Rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində işləyir.

Ədəbi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • "Mənə Şair Deməyin" adlı iri həcmli şerlər toplusunun,[4]
  • "Türkün Dastanı" adlı iri həcmli poemalar toplusunun muəllifidir.

Bir çox almanaxlarda şerləri dərc olunub. Sayca 3-cü kitabı da artıq nəşrə hazırdı.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-27.
  2. "Prezident bu şəxslərlə bağlı sərəncam verdi". 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-27.
  3. "Tarix yaradan şəxsiyyət". 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.
  4. Milli Kitabxana-İnformasiya Mərkəzi[ölü keçid]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]