Murabit

Əlmürabilər, əl-Mürabilər (1090-1147; əl-Murabitun, yaxud "yaşmananlar" - ləmtuna) — 150 ilə yaxın zaman ərzində Məğribin və İspaniyanın böyük hissəsinə hökmranlıq etmiş sülalə. Sonralar Əlmüvəhhidilər tərəfindən sıxışdılımışlar. Abdulla ibn Yasinin başçılığı ilə bərbər tayfalarının hərəkatı nəticəsində yaranmışdı.

Monarxiya
Əlmürabilər
المرابطون
bayraq
bayraq
Əlmürabilər dövləti yüksəliş dövründə
Əlmürabilər dövləti yüksəliş dövründə
 
 
1040 — 1147

Paytaxt Mərrakeş[d]
Dilləri Bərbər dili, ərəb dili
Rəsmi dilləri bərbər dili, ərəb dili
Valyuta Dinar
İdarəetmə forması Monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əlmürabilər Mərakeşdə

[redaktə | mənbəni redaktə et]

1060-cı ildə cənubdan şimala hərəkət edərək Atlas dağlarından keçib Məğribdə 1070-ci ildə Mərakeşin əsasını qoyan bərbər tayfaları. Söhbət bərbərlərdən - müasir Mavritaniyada və Rio-de-Oro rayonlarında yaşayan köçəri maldarlardan gedir. Onların hərəkatın mərkəzi indiki Mavritaniya ərazisi idi. Burada Abdulla ibn Yasinin ribatı (xanəgahı) yerləşmişdir. Onun ardıcılları əlmürabitun ("ribatda yaşayanlar") adlanırdı. Onlar gəzərgi həyat tərzi keçirməli və din düşmənləri ilə mübarizə üçün hərb sənətini öyrənməli idilər. Hərbi rəhbərlik Ləmtun tayfası əmirlərinin (Əlmürabilərin ikinci adı - Ləmtun da buradandır) əlində idi. 11 əsrin ortalarına yaxın Əlmürabilər Cənubi Mərakeşi özünə tabe etdilər. Sonrakı işğal dövründə Əlmürabilər "kafir" və "dönükləri" məhv edir, ədalətsiz hakimlərə və "qanunsuz vergilərə" qarşı mübarizə aparırdılar. 1090 ildə Əlmürabilər özlərinə müsəlman İspaniyasını tabe ediblər. Dövlətin tərkibinə Mərakeş, Qərbi Əlcəzair, müsəlman İspaniyası və Balear adaları daxil idi. Əlmürabilər Mərakeşdə sonrakı işğalları üçün baza yaratdılar. Burada ərəblərlə Əlmürabilərin hərəkətlərində fərqlər də maraqlıdır: əgər birincilər burada heç bir şəhər yaratmadılarsa, və hətta Kayravanda bəzən dağıntılar da törədirdilər, ikincilər - bərbərlər - burada daimi baza yaratmaq ehtiyacı duyurdular. Bu baza Mərakeş oldu. Sonralar XII əsrdə Əlmürabi dövləti yarananda Mərakeş böyük şəhərə çevrildi. Əlmürabi Yusuf İbn Təşvin iki əvvəllər düşmənçilik edən şəhəri birləşdirərək Fes şəhərini yaratdı. Bu şəhər Əlmürabilərin Pireney yarımadasına yürüşlərinin bazası oldu. Şərqdə onlar Əlcəzairə qədər nüfuzlarını yaydılar. Lakin onların fəaliyyətlərinin mühüm hissəsi həm də Ərəb İspaniyası ilə bağlıdır.

Əlmürabilər İspaniyada

[redaktə | mənbəni redaktə et]
Xristianların zərbələri

İspaniya müsəlmanları Kastiliya kralı VI Alfons tərəfindən sıxışdırılırdılar və onlar Əlmürabilərdən kömək istədilər. Əlmürabilər, həmişə belə hallarda olduğu kimi, müsəlman həmrəyliyində və neofit təəsübkeşliyində bulunurdular. Yusuf unutmurdu ki, Əlmürabilər Mərakeşə, dinin müdafiəsi bayrağı altında gəlmişdilər.

Hər halda Əlcəzair ərazisini tutandan sonra, onlar Rekonkistaçıların əl-ayağını yığmaq üçün İspaniyaya yollandılar(1086). Onların əvvəldən İspaniyada qalmağa düşünürdülər, yoxsa onları hadisələrin gedişi aparırdı? Dürüst ancaq o məlumdur ki, ispan xristian krallıqları bir-biri ilə düşmənçilik edirdilər və düşmən qarşısında birləşə bilməməkləri onları asan şikara çevirirdi. Uzun sözün qısası Badaxos ərazisindəki Zəlləq döyüşündən 10 il sonra Yusuf, ancaq müstəqilliyini saxladığı Saraqosadan başqa, bütün İspaniyanın hakimi oldu.

Mədəniyyət və elm

[redaktə | mənbəni redaktə et]

X-cu əsrdə Qərbi Böyük Səhranın bəzi şəhərlərində və cənubdan Böyük Səhraya bitişik Sahil sahəsində islam möhkəmlənir, burada "dini məktəblər" yaranmağa başlayır. Əl-Bəkrinin yazdığına görə, Böyük Səhranın qərbində, belə şəhər-vahələrdən biri də, bərbər müsəlmanların məskunlaşdığı, Audaqost olur. Bütün çoxsaylı məsçidlərdə "Quranı təbliğ edənlər vardı". Şimali Afrikanın ən böyük islam mədəniyyəti mərkəzinə, öz kəlam alimləri və qanunvericiləri ilə məşhur Kayravan(Kayruan)şəhəri çevrilir. Alimlər Malkusa şəhərində də yaşayırdılar. Qoddala qəbilələrinin başçısı Yəhya ibn Yasin burada, gələcək Əlmürabilər hərəkatının başçısı Abdullah ibn Yasini tapır. O, Cənubi Mərakeşdə, islam təbliğatını aparmaq üçün, qoddala bərbərləri arasında məskunlaşır. 1039-cu ildə Böyük Səhraya gəlməsindən, bir az sonra Abdullahın artıq 60 şagirdi olur.[2]

12 əsrin əvvəllərindən Əlmürabilər dövləti tədricən tənəzzülə uğrayır. Dözülməz dini məhdudiyyətlər, ağır vergilər, ordunun və hakimlərin özbaşınalığına qarşı genişlənən narazılıq dövləti zəiflətdi və nəticədə Əlmürabilər Əlmüvəhhidilərə müqavimət göstərə bilmədi. Bununla da 1146-cı ildə Əlmürabilər dövləti süqut etdi.

  • [1] Мусульманский мир 950-1050. Издательство"Наука" Главная редакция восточной литературы. Москва 1981. Новые ориентации берберов в Северной Африке. Р.Ле Турно səh. 157-160
  • [2] Африка взаимодействие культур. Главная редакция восточной литературы. Москва "Наука" 1989 səh. 102
  • [3] Azərbaycan Sovet Ensiklopediyası. 4-cü cild. Bakı, 1980. Səh. 185.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]