Murad əl-Dağıstani

Murad əl-Dağıstani və ya Murad Acamat (1917, Mosul1984 və ya 1982, İraq) — İraq fotoqrafiyasının yaradıcısı hesab edilir. 1930-cu illərin ortalarında Mosulda fəaliyyət göstərmişdir və sonradan Bağdada köçmüşdür. Gündəlik həyatı və insanları çəkən Murad əl-Dağıstani çəkdiyi fotoların yüksək keyfiyyətə sahib olmasına görə beynəlxalq səviyyədə tannımışdır. Qumuq əsillidir.

Murad əl-Dağıstani
ərəb. مراد الداغستاني
Doğum tarixi 1917
Doğum yeri
Vəfat tarixi 1984 və ya 1982
Vəfat yeri
Tanınmış işləri

Yaşlı kişi

Sousou rəqqası və Bağdad ilanı
Siqaret çəkən
Balıqçılıq
Çay keçidi
Qayıqlar
Gil işi
Gözləmə
1930-cu illərin dəqiq çəkilişi
Sayt salimalhasso.com/murad-d…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

Murad əl-Dağıstani 1917-ci ildə İraqın Mosul şəhərində anadan olmuşdur. Atası Əbdülhəmid Acamat mənşəcə qumuq olan mühəndis idi və İraq dəmiyolunun çəkilməsində iştirak edirdi.[1]

Dağistaninin nə cür və nə vaxt fotoqrafliğa başlaması məlum deyildir. Mosul elə bir şəhər idi ki, onun fotoqrafiya və film sənayesi tarixi XIX əsrin sonlarına qədər gedib çıxırdı.[2] Yerli insanlar 1895-ci ildən etibarən arxeoloqlara kömək edərkən kameralardan istifadə edirdilər.[3] Birinci Dünya müharibəsi illərində Tartaran adlı fotoqraf Mosul İbtidai Məktəbinin girişində foto studio açmışdı. Mümkündür ki, Dağıstani fotoaparatdan istifadəni məktəb illərində müşahidə etmişdir.[4] Hətta orta məktəbi bitirməmiş o, özü üçün kamera almışdı. 1935-ci ildən etibarən o, özünü istedadlı fotoqraf kimi formalaşdıra bildi.[5]

Onun studiosu və fotoqrafiya dükanı Mosulun Əl-Davasah küçəsində yerləşirdi və sadəcə "Murad Fotoqraf" adlandırılırdı.[6]

O, əsasən gündəlik küçə həyatını, Mosul şəhərini, şəhərdəki sənaye bölgələrini, xüsusən Dəclə çayı boyunca yaşayan insanların həyatını çəkirdi. Murad hadisələri və ya insanları lazımi anda çəkə bilmək üçün kamerasını özü ilə gəzdirirdi. Onun studiosunda dərvişlərin, tayfa mənsubu olan şəxslərin və gündəlik yaşamdakı şəxslərin kreativ fotoları istehsal edilirdi.[7]

O, bir çox gənc fotoqraflara təsir etmişdir. Hadi əl Nəccar, Mahmud Səid də daxildir.[8] Rəssam və fotoqraf Mahmud Səid xatırlayır ki, gənc olarkən o, istedadlı fotoqrafları, xüsusən əl-Dağıstanini izləməyi sevirmiş. O, əl-Dağıstaninin Mosuldakı gündəlik həyatı çəkdiyi şəkillərə baxmağı sevdiyini demiş və onun necə "tor çaya düşməmiş, göydə olarkən onu ölümsüzləşdirməyini, avtomobilin çirkli yolda səyahətini, dərvişlərin, yaşlı kişi və qadınların unudulmaz sifətlərini, uşaqların aktivliyini" xatırladığını bildirmişdir.[9]

Çox sayda siqaret çəkən əl-Dağıstani 1970-ci illərdə ciyərlərindən birini itirsə də, 10 il də yaşadı. O, 27 iyul 1984-cü ildə vəfat etmişdir.[10]

Onun ən çox tanınan əsərləri:

  • Yaşlı kişi 91930-cu il)
  • Sousou rəqqası və Bağdad ilanı[11]
  • Siqaret çəkən (1930-cu illər)
  • Balıqçılıq (1930-cu illər)
  • Çay keçidi (1930-cu illər)
  • Qayıqlar
  • Gil işi
  • Gözləmə
  • 1930-cu illərin dəqiq çəkilişi
  1. Bagaudin Ajamatov, "He Would be the Pride of Dagestan as Well", Yoldash Newspaper, 4 July 1997; Bagaudin Ajamatov, "Murad Ad-Dagistani from the Ajamatov Family", Makhachkala, 2009
  2. Al-Alaf. I., "The Origins of Photography in Iraq" Online: Arxivləşdirilib 2018-10-08 at the Wayback Machine (translated from Arabic); Dankour, E. and Darwish, M. F., Iraqi Guidebook, Baghdad, 1937
  3. Kalash, K., "In Digital Technology, Solar Photography is a Time-immemorial Profession, " Iraq Journal, [1] Arxivləşdirilib 2016-05-14 at the Wayback Machine
  4. Alaq, A., "The Origins of Photography in Iraq", Arab Pictures, 24 December 2015, Online: Arxiv surəti 3 iyul 2017 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2017-07-03 at the Wayback Machine (translated from Arabic)
  5. Shaker, D., "Iraqi artist Murad Dagestani on the Anniversary of his Death," Online: Arxivləşdirilib 2020-10-16 at the Wayback Machine (translated from Arabic)
  6. Al Sheikh, L., "My Memories of the International Photographer Murad Dagestani", Ahewar, [The Civilized Dialogue Section], issue no. 5876. 18 may 2018 Online: Arxivləşdirilib 2020-10-18 at the Wayback Machine (translated from Arabic); Al-Darwish, A., "A Distinguished Photographer: Murad Dagestani Pioneer of Pioneers of Modernity in the Arab world," [Recollections of photographer, Anwar Al Darwish], Online: Arxivləşdirilib 2018-10-08 at the Wayback Machine (translated from Arabic)
  7. Yassin, N., "The Photography of Murad al-Daghistani: The Triumph of Life in the Face of Circumstance," Ur, [Magazine of the Iraqi Cultural Centre, London] 1981, p. 173
  8. Najjar, H. al, "A Country without History is Rootless": Baghdad-based photographer Hadi Al Najjar", [Interview], Ibrahimi Collection, July 25, 2017, Online: Arxivləşdirilib 2020-10-10 at the Wayback Machine
  9. Saeed, M., A Portal in Space, University of Texas Press, 2016, p. 75
  10. Said, S. E., "Najdan Yassin puts a Critical Reading of Murad Dagestani's Photographic Work," [Book Review], Azzaman, 8 April 2014, Online: Arxivləşdirilib 2018-08-08 at the Wayback Machine
  11. "Paris Photo: Scène Arabe et Iranienne à l'honneur," La Croix, 21 November 2009, Online: Arxivləşdirilib 2020-10-15 at the Wayback Machine (translated from French)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]