Murad İkram oğlu Ağazadə (13 avqust 2000, Yevlax — 2 oktyabr 2020, Qarabağ) Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.[1][1][2]
Murad Ağazadə | |
---|---|
Murad İkram oğlu Ağazadə | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yevlax rayonu |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Yevlax Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2018-2020 |
Rütbə | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Ağazadə Murad İkram oğlu 13 avqust 2000-ci ildə Yevlax şəhərində anadan olmuşdur.[3] Murad Ağazadə Yevlax şəhəri 6 saylı tam orta məktəbdə təhsilini başa vurmuşdu. O, öz nizam –intizamı, həm də idmana həvəs göstərməsi ilə secilmişdi məktəbdə. İdmanın Cüdo növünə böyük həvəs göstərməsi onun respublika yarışlarına vəsiqə qazanmasına səbəb olur və yarışlarda qazandığı uğurlara görə layiq görüldüyü fəxri-fərmanlar, kuboklar elə bu gün də Ağazadələr ailəsinin evini bəzəyir.
2018-ci ildə hərbi xidmətə çağrılan Ağazadə Murad İkram oğlu 2020-ci ildə həqiqi hərbi xidmətini başa vuraraq evlərinə dönür. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılıb. 2 oktyabr 2020- ci ildə qızğın döyüşlərin birində şəhid olur. 70 gün Murad neytral zonada qaldıqdan sonra, 9 dekabr 2020 –ci il tarixdə Yevlax şəhər şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Ağazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Murad Ağazadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]