Murad Kumpilov

Murad Kumpilov (rus. Мурат Каральбиевич Кумпилов 27 fevral 1973) — Rusiya dövlət və siyasi xadimi. 10 sentyabr 2017-ci il tarixindən Adıgey Respublikasının dövlət başçısı (12 yanvar - 10 sentyabr 2017-ci ilədək Adıgey Respublikasının müvəqqəti dövlət başçısı vəzifəsini icra edən), Vahid Rusiya partiyasının Ali Şurasının üzvü[1]. 7 noyabr 2019-cu ildən bəri Vahid Rusiya partiyasının Adıgey regional şöbəsinin katibidir[2].

Murad Kumpilov
Doğum tarixi 27 fevral 1973(1973-02-27) (51 yaş)
Fəaliyyəti siyasətçi, iqtisadçı, mühəndis
Partiyası
kumpilov.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

28 may 2008 - 28 sentyabr 2016-cı illər arasında Adıgey Respublikasının Baş Naziri (12 - 28 may 2008-ci ildə Adıgeya Respublikası Baş Naziri vəzifəsini icra edən) işləmişdir. 3 oktyabr 2016 - 14 yanvar 2017-ci illər tarixində Adıgey Respublikası Dövlət Şurasının sədri olmuşdur. Adıgeya respublikasının əvvəlki dövlət başçısı Aslan Txakuşinovun həyat yoldaşının qardaşı oğludur[3].

27 fevral 1973-cü ildə Adıgey Muxtar Vilayətinin Krasnoqvardeysk rayonunun Ulyap kəndində, böyük bir kəndli ailədə anadan olmuşdur. Atam çəltik bölüyünün briqadiri, sonradan aqronom və Qafqaz kolxozunun sədri işləmişdir. Anası fizika və riyaziyyat müəllimi olmuşdur. Babsı isə Böyük Vətən müharibəsi veteranı idi, döyüşlərdə ağır yaralanmış və əlil olmuşdur[4].

1989-cu ildə Ulyap kəndindəki 9 saylı orta məktəbi bitirmişdir.

1994-cü ildə Rostov Xalq Təsərrüfatı İnstitutunu iqtisadiyyat və sahibkarlıq ixtisası ilə bitirmişdir.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1993-cü ilin iyulayından 1994-cü ilin iyuluna qədər Rostov-na-Donu şəhərində yerləşən Promaqros səhmdar cəmiyyətinin tədarük və satış mühəndisi işləmişdir.

1994-cü ildən 1997-ci ilədək Maliyyə Nazirliyinin Federal Xəzinənin Adıgey Respublikasındakı Krasnoqvardeysk şöbəsinin baş müfəttiş nəzarətçisi olur. Sonra respublika parlamentinə seçkilərdə Aslan Txakuşinovun qərargahına rəhbərlik edərək siyasi fəaliyyət göstərməyə başlatırı. İş karyerasına Adıgeydə başlayan Kumpilov, atası və anası ilə doğma kəndində yaşamağa davam edir. Hər gün bir istiqamətdə 30 km yol qət edərək avtostopla rayon mərkəzində işləməyə məcbur olur[5].

1997-ci ilin sentyabrından 1998-ci ilin oktyabrınadək Xəzinənin Krasnoqvardeysk şöbəsinin müdiri işləyir.

1998-ci ilin oktyabrından 1999-cu ilin sentyabr ayınadək Maliyyə Nazirliyinin Federal Xəzinə Departamentinin Adıgey Respublikasındakı Krasnoqvardeysk şöbəsinin müdiri olur.

2002-ci ilin yanvarından 9 aprel 2008-ci ilədək Adıgey Respublikasında Rusiya Federasiyası Vergilər və Rüsumlar Nazirliyinin 1 nömrəli Rayonlararası Müfəttişliyinin rəis müavini və rəisi işləyir.

9 aprel - 12 may 2008-ci il aralığında Adıgey Respublikası Baş nazirinin müavini vəzifəsini icra edir.

12 may - 28 may 2008-ci il aralığında isə Adıgey Respublikasının Baş Naziri vəzifəsini icra edir.

28 may 2008 - 28 sentyabr 2016-cı illər arasında Adıgey Respublikasının Baş Naziri olur.

19 sentyabr 2016-cı ildə Adıgey Respublikası Dövlət Şurasının millət vəkili seçilir. 28 sentyabr 2016-cı ildə Dövlət Şurasına seçildiyi üçün vəzifəsindən azad edilir.

3 oktyabr 2016 - 14 yanvar 2017-ci illər aralığında Adıgey Respublikasının Dövlət Şurasının sədri olur.

12 yanvar 2017-ci il tarixində Rusiya Prezidentinin fərmanı ilə Adıgey Respublikasının Dövlət başçısı vəzifəsini müvəqqəti icra edən olaraq təyin edilir[6][7].

10 sentyabr 2017-ci il tarixində, Adıgey Respublikası Dövlət Şurasının iclasında Adıgey Respublikasının Dövlət Başçısı seçilir və həmin gün and içərək Adıgey Respublikasının Dövlət Başçısı vəzifəsinə başlayır.

Evlidir, həyat yoldaşı iqtisad elmləri üzrə dərs deyir. Dörd oğulu var: Cambot, Dövlət, Candəmir və Dəmir.

Uşaq ikən müxtəlif idman növləri ilə məşğul olurdu: futbol, yüngül və ağır atletika, voleybol.

Adıgey dağlarında aktiv istirahətə üstünlük verir və oğlanlarını buraya cəlb etməyə çalışır[8].

Parkda gəzməyi sevir[9].

InstagramFacebookda aktiv paylaşımlar edir.

  1. "Высший совет партии «Единая Россия»". 2020-05-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-13.
  2. "Кумпилов Мурат Каральбиевич // Единая Россия". 2021-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-13.
  3. "Глава Адыгеи оставил за себя родственника". 2019-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-13.
  4. "Новая газета Кубани - Мурат Кумпилов: Нам удалось консолидировать общество". ngkub.ru. 2019-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-05.
  5. "Мурат Кумпилов: караван идет" (rus). ТАСС. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-05.
  6. "Мурат Кумпилов назначен временно исполняющим обязанности Главы Адыгеи". 2020-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-13.
  7. "Указ Президента Российской Федерации от 12.01.2017 г. № 7 «Об исполняющем обязанности Главы Республики Адыгея»". 2020-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-13.
  8. "Мурат Кумпилов: Руководитель всегда отвечает за свои решения" (rus). bloknot-krasnodar.ru. 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-12.
  9. "Мурат Кумпилов: Важно объединить общество вокруг созидательных процессов". СА онлайн - Советская Адыгея (rus). 2018-01-09. 2019-03-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-12.