Murad Muradov (rejissor)

Murad Ələkbər oğlu Muradov (1984, Bakı) — Azərbaycan rejissoru və kinooperator.

Murad Muradov
Murad Ələkbər oğlu Muradov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Təhsili

Murad Ələkbər oğlu Muradov 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1991-2001-ci illər ərzində A.N.Ələkbərov Adına İncəsənət Gimnaziyasında təhsil almış, oxuduğu dövrlərdə orada fəaliyyət göstərən Uşaq Yaradıcılıq Studiyasında bir sıra filmlərin müəllif olmuşdur. Müəllimləri Ənvər ƏblucGülbəniz Əzimzadə olmuşdur. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq Fakültəsinə daxil olmuşdur. Müəllimi əməkdar incəsənət xadimi, kinooperator, kinorejissor Rasim İsmayılov olmuşdur. 2005-ci ildə universiteti Qırmızı diplom ilə bitirmişdir. Diplom işi kimi "Uçan çinarlar" filmini çəkmişdir. Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində təhsil almışdır. Hazırda İncəsənət Gimnaziyasında kinorejissorluq fənni üzrə müəllimdir. "XXI Əsr" Uşaq Yaradıcılıq Studiyasının rəhbəridir. "Murad Prodakşn" şirkətinin vitse-prezidentidir. Subaydır.

Çəkdiyi filmlər bir çox festivalların qalibi olmuşdur. Bundan əlavə o 13 dəqiqəlik "İlk döyüş", 1 dəqiqəlik "Su", 10 dəqiqəlik "Köhnə və Yeni Bakı", 35 dəqiqəlik "Səsin mirzəsi" və s. filmlərin müəllifidir.

Festivallar və mükafatlar

[redaktə | mənbəni redaktə et]

1) 2001-ci ildə çəkdiyi "Xüsusi Təyinatlı Dəstə" adlı 20 dəqiqəlik qısametrajlı bədii filmi

  • I Audiovizual Festivalda ən yaxşı debüt işi kimi Priz və Diplom almışdır.
  • Şərq-Qərb Festivalında iştiraka görə Diplom almışdır.
  • 2002-ci ildə Moskva Debüt Kinotavr festivalında Diplom almışdır.
  • Kinorejissor Səməd Mərdanov Adına I Gənclər Festivalında Priz və Diplom almışdır.

2) 2002-ci ildə çəkdiyi "İnam" 13 dəqiqəlik sənədli filmi

  • Gənclər Yaradıcılıq Festivalında Priz və Diplom almışdır.

3) 2005-ci ildə çəkdiyi "Uçan çinarlar" 16 dəqiqəlik sənədli diplom işi

  • V Beynəlxalq Audiovizual Festivalında Priz və Diplom almışdır.

4) 2006-cı ildə çəkdiyi "Ruhumun harayı" 6 dəqiqəlik sənədli filmi

  • VI Beynəlxalq Audiovizual Festivalında Bakı Şəhəri İcra Hakimiyyəti Kino Xidmətinin xüsusi Priz və Diplomunu almışdır.

5) İnternews şirkətinin istehsal etdiyi, AzərbaycanGürcüstanın birgə istehsalı olan "Kənar" 8 dəqiqəlik sənədli filmi

  • Cənubi Qafqaz gəncləri arasında keçirilən Beynəlxalq Sənədli Filmlər festivalında ən yaxşı emosional film nominasiyasında Priz və Diplom, ən yaxşı rejissor işi kimi və ən yaxşı film nominasiyasında Diplom almışdır.
  1. Xüsusi Təyinatlı Dəstə (film, 2001) (qısametrajlı bədii film) — rejissor
  2. İlk döyüş (film, 2001) (qısametrajlı sənədli film) — rejissor
  3. İnam (film, 2002) (qısametrajlı sənədli film) — rejissor
  4. Güllələnmə təxirə salınır!... (film, 2002) (tammetrajlı bədii film) — aktyor: Xanın uşaqlığı; rejissor assistenti
  5. Su (film, 2003) (qısametrajlı sənədli film) — rejissor
  6. Ərənlər (film, 2005) (qısametrajlı sənədli film) — rejissor assistenti
  7. "Hacı Mail" nağılı... (film, 2005) (qısametrajlı sənədli film) — rejissor assistenti
  8. Köhnə və Yeni Bakı (2005) (qısametrajlı sənədli film) — rejissor
  9. Uçan çinarlar (film, 2005) (qısametrajlı sənədli film) — rejissor
  10. Yoxlama (film, 2006) (çoxseriyalı bədii film) — aktyor
  11. Ruhumun Harayı (2006) (qısametrajlı sənədli film) — rejissor
  12. Səsin Mirzəsi (2006) (qısametrajlı sənədli film) — rejissor
  13. Kənar (film, 2007) (qısametrajlı sənədli film) — rejissor
  14. Anlama... (film, 2008) (qısametrajlı bədii film) — rejissor[1]
  15. Qala (film, 2008)
  16. Dünya uşaqları(2009) (sənədli film) — rejissor
  17. Sonuncu dərviş (film, 2009) — rejissor
  18. Adın sirri və tale. Qurban Səid (film, 2010)
  19. Tarixin izi ilə... Yaqub Mahmudov [2]
  20. Toy marşı - Bakı toyları (2013)[3]
  21. Dünya uşaqları[4]
  22. Əfsanə (film, 2017)
  23. Bu şəhərdə kimsə yoxdur (serial, 2024) — aktyor
  1. Azərbaycanlı rejissorun “Anlama”sı Özbəkistanda nümayiş olunub: [Rejissor Murad Muradovun eyni adlı filmi] //525-ci qəzet.- 2011.- 9 iyun.- S. 7.
  2. "Müasirlərlə dialoq" layihəsi çərçivəsində daha bir görüş reallaşmışdır: [rejissor Murad Muradovun "Tarixin izi ilə... Yaqub Mahmudov" sənədli televiziya filminin nümayişi] //Azərbaycan.- 2011.- 22 iyun.- S. 6.
  3. Azəri, L. “Toy marşı - Bakı toyları”: [rejissorları Ələkbər Muradov və Murad Muradov olan eyniadlı tammetrajlı bədii-sənədli film haqqında] //Mədəniyyət.- 2013.- 5 aprel.- S. 11.
  4. "Dünya uşaqları": Yeni film çəkilib: [Rejissor Murad Muradovun balacaların həyatından bəhs edən filmi haqqında] //Mərkəz.- 2009.- 11 fevral.- S. 11.