Murcaheti döyüşü

Murcaheti döyüşüİmereti çarlığı ilə Mesxeti atabəyliyi arasında 12 avqust 1535-ci ildə Axalkalaki yaxınlığındakı Murcaheti kəndində baş tutmuş döyüşdür. Döyüşün nəticəsində atabəyliyin qoşunları məğlub olmuş və əraziləri digər gürcü dövlətləri arasında bölünmüşdür.

Murcaheti döyüşü
Qafqaz 1530-cu ildə.px
Tarix 12 avqust 1535
Yeri Axalkalakinin Murcaheti kəndinin yaxınlığı
Nəticəsi Mütləq İmereti zəfəri
Münaqişə tərəfləri

İmereti çarlığı
Dəstəkləyənlər:
Meqreliya knyazlığı
Quriya knyazlığı

Mesxeti atabəyliyi

Komandan(lar)

III Baqrat
Rostom Qurieli

III Kvarkvare Cakeli

III Kvarkvarenin dövründə Mesxeti (Samtshe) atabəyliyindəki Səfəvi təsiri gün keçdikdcə artmaqda idi. Buna görə Osmanlı imperiyası ölkəyə, xüsusilə cənub-qərb bölgəsinə böyük zərər verdi. Mesxeti bəyləri Kvarkvarenin hakimiyyətində Mestetiyanın itiriləcəyini hiss edirdi. Buna görə də, Cakeli sülaləsini sona çatdırmaq və Mesxetini üstün müsəlman imperiyalardan (Osmanlı, Səfəvi) qorumaq üçün gürcü kralı İmeretili III Baqrat və Kartlili I Luarsab ilə ittifaq qurdular.[1]

1535-ci ildə kral III Baqrat şahzadə Rostom Qurieli və meqreliyalı müttəfiqlərinin yardımı ilə Mesxetini işğal etdi. Baqrat Axalkalaki yaxınlığındakı döyüşdə III Kvarkvarenin ordusunu məğlub etdi və Kvarkvareni əsir aldı. Samsthe atabəyi Qurielinin saqidarı İsak Artumeladze tərəfindən əsir alındı və Baqrata təslim edildi. Gürcülər atabəyliyin torpaqlarını öz dövlətlərinin ərazilərinə birləşdirdilər. Kvarkvare həbsdə öldü. Rostom Samtshenin bir hissəsini öz torpaqlarına birləşdirdi. Bu torpaqlar Qurieli sülaləsinin uzun müddətdir ələ keçirməyə çalışdığı Acara və Lazıstan sancaqları idi.

Bir neçə il sonra Kvarkvarenin həyatda qalan son kiçik oğlu II Kaihosro Osmanlı imperiyasından İmereti və Kartli qüvvələrini ata mülkü olan Samtshedən göndərməsini xahiş etdi. Osmanlılar böyük işğal yürüşü ilə intiqamlarını aldılar. Rostom və Baqrat 1543-cü ildə Qaragakda qalib gəlsə də, 1545-ci ildə Rostomun oğlu Kaihosronun öldürüldüyü Sohoista döyüşündə mütləq qələbə qazandılar.[2][3]

Samtshe Osmanlı imperiyasının vassal asılılığına keçdi.[1] III Kvarkvarenin soyundan gələnlər 1628-ci ilə qədər Samtskhe-Saatabaqonu və 1820-ci ilə qədər Çıldır əyalətini idarə etdilər.Beləliklə, əvvəllər gürcülərin hakimiyyəti altında olan Samtshe, Acara və Lazeti növbəti 3 əsr boyunca Osmanlı hakimiyyəti altında qaldı.

  1. 1 2 Gürcistan Sovyet Ansiklopedisi. Gürcistan Sovyet Ansiklopedisi. X. Tiflis. 1986. səh. 638.
  2. Vakhushti Bagrationi. История Царства Грузинского (PDF). Tiflis: Metsniereba. 1976.
  3. Donald Rayfield. Edge of Empires: A History of Georgia. London: Reaktion Books. 2012. səh. 168-170. ISBN 1780230303.