Murtaza Qaraçanta

Murtaza Vural oğlu Qaraçanta (25 iyul 1961, Qars, Qars ili) — Qars bələdiyyəsinin sabiq sədri, türk siyasətçi.

Murtaza Qaraçanta
bayraq
Türkiyə Cümhuriyyəti Qars bələdiyyə başçısı
bayraq2
30 mart 2014 – 31 mart 2019
ƏvvəlkiNevzat Bozquş
SonrakıAyxan Bilgən
Şəxsi məlumatlar
Doğum tarixi 25 iyul 1961(1961-07-25) (63 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Murtaza Qaraçanta 25 iyul 1961-ci ildə Qarsda, Azərbaycan kökənli ailədə doğulmuşdur. Əslən Ağbaba mahalının Qaraçanta kəndindəndir. Anadolu Universiteti İqtisadi və İdari Elmlər Fakültəsini Menecment ixtisası üzrə bitirmişdir.

Murtaza Qaraçanta əslən Amasiya rayonunun Qaraçanta kəndindəndir. Murtaza Qaraçantanın ata babasının adı Abbasqulu bəydir. Abbasqulu bəy varlı bəy olsa da, sovetləşmə zamanı onun bütün var-dövləti müsadirə olunmuşdur. Bundan sonra Abbasqulu bəy 1930-cu illərdə ailəsi ilə birgə Qarsa qaçmışdır.[1]

Murtaza Qaraçantanın qardaşı Murat Qaraçanta 2015-ci ildə 6 aylıq müddətə müvəqqəti olaraq Türkiyənin Bakıdakı səfirliyində mədəniyyət və tanıtma müşaviri olmuşdur. Murat Karaçanta 2016-cı ildən İzmir Mədniyyət və Turizm İdarəsinin sədridir.[2][3]

Murtaza Qaraçanata ailəlidir, 2 övladı var.

Siyasi-ictimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Murtaza Qaraçanta bir müddət Türkiyə Sosial Təminat Qurumu Qars şöbə müdiri olmuşdur. Maliyyə Xidmətləri Müdirliyində də çalışmışdır.

Murtaza Qaraçanta Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi Qars Şəhər İdarəsi tabeliyində qurulan Mədəniyyət Turizm Dərnəyinin İdarə Heyətinin üzvü seçilmişdir.

Murtaza Qaraçanta Qars Azərbaycan Kültür və Dayanışma (Həmrəylik) Dərnəyininin qurucu sədridir.

Murtaza Qaraçanta 2009-cu il 29 mart tarixli Türkiyə bələdiyyə seçkilərində Milliyətçi Hərəkat Partiyasının Qars Bələdiyyə Məclisi üzvlüyünə namizəd olmuş və seçilmişdir. O, bələdiyyədə Plan-Büdcə, İnşaat və Nəzarət Komissiyalarının üzvü olmuşdur.

30 Mart 2014 tarixli Türkiyə bələdiyyə seçkilərindı Milliyətçi Hərəkat Partiyasının namizədi olaraq Murtaza Qaraçanta 11.116 (28,3%) səs toplayaraq Qars bələdiyyəsinin sədri seçilmişdir.[4]

Murtaza Qaraçanta Milliyətçi Hərəkat Partiyası Ümumi Mərkəzi və partiya sədri Dövlət Baxçalı tərəfindən istefası tələb olunduğu üçün 2018-ci il 8 fevral tarixində Milliyətçi Hərəkat Partiyasından istefa vermişdir.[5][6]

  1. "Qarsın bələdiyyə sədri ilə xalauşaqlarıyıq". 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-22.
  2. "Arxivlənmiş surət". 2021-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-11.
  3. "Murat Karaçanta: "Babamgilə təzyiqlər artmağa başlayıb"". 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-22.
  4. "Arxivlənmiş surət". 2015-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-11.
  5. "Kars'ın MHP'li Belediye Başkanı Murtaza Karaçanta istifa etti". 2018-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-22.
  6. "Mustafa Karaçanta MHP'den istifa etti, alkışlarla karşılandı". 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-22.