Yaqubov Müsavat Səfiməmməd oğlu (Musa Yaqub; 10 may 1937, Buynuz, İsmayıllı rayonu – 7 may 2021, Buynuz, İsmayıllı rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Milli Məclisin deputatı (1995–2000), Azərbaycan Respublikasının Xalq şairi (2019).
Musa Yaqub | |
---|---|
Musa Səfiməmməd oğlu Yaqubov | |
Doğum adı | Müsavat |
Təxəllüsü | Yaqub |
Doğum tarixi | 10 may 1937 |
Doğum yeri | |
Vəfat tarixi | 7 may 2021 (83 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Parkinson xəstəliyi |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Zöhrə Yaqubova |
Uşağı | 3 |
Atası | Səfiməmməd |
Fəaliyyəti | şair |
Mükafatları | |
musayaqub.az |
Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957–1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958–1967) işləmişdir. ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1967–1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olmuşdur.[1] Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1974–1978). İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olmuşdur (1978-?).
Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlamışdır. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak etmişdir.[2] Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olmuşdur (1979—?). İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. M.F.Axundov adına mükafata layiq görülmüşdür. Musa Yaqub Parkinson xəstəliyindən əziyyət çəkirdi.
Musa Yaqub 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının xalq şairi" fəxri adına layiq görülmüşdür.[3]
Musa Yaqub 7 may 2021-ci ildə 84 yaşında vəfat etmişdir. Xalq şairi doğulduğu Buynuz kəndində həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.[4]