Buynuz

BuynuzAzərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.

Buynuz
40°55′21″ şm. e. 48°03′43″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon İsmayıllı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 763 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 597 nəf.
Xəritəni göstər/gizlə
Buynuz xəritədə
Buynuz
Buynuz

Kənd Qalacıq turizm zonasında, İsmayıllı-Qəbələ şosesinin 20-ci km-dən 4 km sağ tərəfdə Göyçay çayının sol tərəfində yerləşir. Əhalisi 594 nəfərdir. Əhali bağçılıq, bostançılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin olunur. Kənddə yalnız yay mövsümündə fəaliyyət göstərən yeməkxana vardır. Kənddən Göyçay çayı boyunca istisu, Çayqovşan və Qalacıq kəndlərinə piyada və ya atla getmək üçün yol (cığır) vardır.[1]

Şair Musa Yaqub bu kənddəndir. Əhalisi 619 nəfərdir ki onunda 310 nəfəri kişi, 309 nəfəri qadındır.

2013-cü ildə kənd ərazisində Şahdağ milli parkının nəzarət-buraxılış məntəqəsi inşa edilmişdir[2].