Mustafa Kaya

Mustafa Kaya (1974, İstanbul ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]

Mustafa Kaya
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı
Vəzifədədir
2 iyun 2023-cü ildən
Seçki dairəsi2023İstanbul (2.)
Şəxsi məlumatlar
Doğum tarixi 1974
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Təhsili

Mustafa Kaya 1974-cü ildə İstanbulda anadan olub. İbtidai və orta təhsilini İstanbulda Şişli Kuştepe Liseyində alıb. İstanbul Fatih Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. İstanbul Bilgi Universiteti Biznesin idarə olunması Bölməsində magistr dərəcəsi alıb.[1]

1989-1992-ci illərdə Şişlidə Milli Gənclər Fondunun (MGV) prezidenti vəzifəsində çalışıb. İqtisadi və Sosial Araşdırmalar İnstitutu (ESAM) çərçivəsində aparılan beynəlxalq proqramların icra edilməsində fəal rol alıb. Millî Gazetedə məqalələri dərc olunub.[1]

Siyasi fəaliyyəti ərzində Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Rifah Partiyası və Fəzilət Partiyasında ilçə şöbələrinin sədr müavini olub. 2004-2017-ci illərdə Səadət Partiyası İstanbul il şöbəsinin sədr müavini vəzifəsində çalışıb. 2018-ci ildən Səadət Partiyası sədrinin xarici əlaqələr üzrə müavini vəzifəsində çalışır.[1]

2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kəşfiyyat Komissiyasının üzvü və NATO Parlament Assambleyasının üzvü vəzifəsində təmsil olunub.[1]

İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.[1]

  1. 1 2 3 4 5 6 TBMM. "Mustafa KAYA". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.