Əli Qalib Paşa (d. 1828[1] - ö. sentyabr 1858) — Osmanlı sultanı Sultan Əbdülməcid dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.
Əli Qalib Paşa | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Fəaliyyəti | dövlət qulluqçusu |
Atası | Mustafa Rəşid paşa |
Həyat yoldaşı | Fatma Sultan |
Uşağı | Cəmilə xanım Sultan |
Atası Sultan Əbdülməcidin sədrəzəmlərindən Qoca Mustafa Rəşid Paşa idi. Sədarət məktubdarı olaraq xidmət etməsinin ardından 1851-ci ilin avqustunda Sultan Əbdülməcidin qızlarından Fatma Sultanla nişanlandı. Nişanın ardından Əli Paşa vəzir rütbəsiylə məclis üzvlüyünə təyin edildi. 3 il davam edən nişanlılığın sonunda atası sədarətdən alınmış, bu səbəblə nigahın ləğv olunması haqqında şaiyələr yayılmışdı. Qızının məyus olduğunu görən Sultan Əbdülməcidin əmriylə cütlük 2 avqust 1854 tarixində evləndirildi. Cütlüyün nigahı Hırka-i səadət otağında şeyxülislam Əhməd Arif Hikmət Əfəndi tərəfindən bağlandı.
Yeni evli cütlük Sultan Əbdülməcidin hədiyyə etdiyi Baltalimanı sarayında məskunlaşdı. Sultan Əbdülməcid kürəkəninə brilyant üzük və inci təsbeh hədiyyə etdi. Lakin Fatma Sultan bu evlilikdə xoşbəxt ola bilmədi. Belə ki, cütlüyün Cəmilə adlı ilk övladları bir neçə gün sonra vəfat etmişdi. Bu acı itkinin ardından 1857-ci ildə Fatma Sultan və əri ağır xəstəliyə düçar oldu və uzun müddət davam edən müalicənin ardından sağaldılar.
1855-ci ilin yanvarında Tənzimat məclisi üzvü, 1857-ci ilin mayında xarici işlər naziri, həmin ilin avqustunda əvkaf naziri, 1858-ci ilin mayında ticarət naziri oldu. Ancaq 1858-ci ilin sentyabrında Beykozdan Baltalimanındakı sahil sarayına qayıqla keçərkən gəmiylə toqquşmuş, baş verən qəzada həlak olmuşdur. Cəsədi bir neçə gün sonra Beykoz sahillərində tapılmış, cənazəsi bir neçə ay öncə vəfat edən atasının türbəsinə dəfn edilmişdir.