Mustafaqulu xan Qaragözlü

Mustafaqulu xan Qaragözlü (?-1891)—Şamlı elinin Qaragözlü oymağından olan hərbçi, Əmir tuman.

Mustafaqulu xan Qaragözlü
Doğum yeri Həmədan, İran
Vəfat tarixi
Vəfat yeri Urmiya, İran
Milliyyəti Türk
Fəaliyyəti hərbi lider[d]

Iran dovlətinin sərhədlərinin qorunmasında və asayişin bərpa olunmasında komandan, qosun rəisi Mustafaqulu xan Qaragözlünün xidmətləri böyükdür. Həmədanlı hərbi xadim cox vaxt qosun rəisi kimi bir cox ölkədaxili döyüşlərdə də istirak etmisdir. O, 1850-ci ildə Babın yaxın adamlarından olan Seyid Yəhya Darabini və onun tərəfdarlarını məğlub etmək ucun Sirazdan Təbrizə göndərilmiş və qələbə qazanmısdı. 1880-cı ildə Azərbaycanın cənub-qərbində və İran Kürdüstanında Seyx Abdulla Nəqşbəndinin başcılığı, xarici dövlətlərin təhriki ilə qiyam qalxdığı zaman onun tərəfdarları Azərbaycan ordusunun komandanı olan Mustafaqulu xan Qaragözlü tərəfindən zərərsizləsdirilmisdi. Iran dovləti tərəfindən Sainqalanı (Şahindeji) kürdlərdən təmizləmək də Mustafaqulu xan Qaragözlüyə və Hacı Mirzə Hüseyn xan Sipəhsaların göndərdiyi Həsənəli xan Gərrusiyə qismət oldu. Bir sozlə, Şahsevən və Gorus qosunlarının koməyi ilə Şeyx Abdullanın sərkərdələri Qadir ağa və Həmzə ağa olkədən xaric edildilər.

Mustafaqulu xan 1298-ci ilin səvval ayında (1881, sentyabr) Urmiyada vəfat etmisdir. Tarixci coğrafiyasunas, marağalı Məhəmmədhəsən xan Etimadussəltənə öz xatirələrində onun mirpənc (general), əmir tuman (on minbaşı), Azərbaycan ordusunun komandanı kimi xatırlamıs, ondan bəhs etmis həmin tarixdə vəfat etdiyini bildirmişdir.

Oğlu Abdulla xan

  • Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.