My name is İntiqam 1

My name is İntiqam — Rejissor Emil Abdullayevin filmi.[1]

My name is İntiqam
Janr Komediya
Rejissor Emil Abdullayev
Prodüser Müşfiq Şahverdiyev
Ssenari müəllifləri Ənvər Abbasov, Samid Ağayev
Fariz Əliyev
Baş rollarda Müşfiq Şahverdiyev -- İntiqam
İlkin Misgərli -- Səyavuş
Aysel Bayramova -- Nara
Teymur Məmmədov -- Fəzail
Mələk Kazımova -- Pəri
Operator Rəşad Qarayev
Rəssam İqbal Əliyev
İstehsalçılar Cinema Company Azerbaijan, Azəri production
İlk baxış tarixi 28 noyabr, 2014
Müddət 73,4 dəqiqə
Ölkələr Azərbaycan Azərbaycan
Dil Azərbaycan dili
İl 2014
Sonrakı film My name is İntiqam 2: Moldova
Rəng rəngli
Çəkiliş yeri Bakı
Lənkəran

Film haqqında[redaktə | mənbəni redaktə et]

Film Azərbaycanın cənubunda ucqar kənddə yaşayan 25 yaşlı İntiqamın həyatından bəhs edir. Nənəsi İntiqamın qoyunlarla rəqsini çəkib Youtube saytına yerləşdirir. Youtubeda 10 milyondan çox baxış toplayan İntiqamın həyatı dəyişir. Bakıdan ona dəvət gəlir və o Bakıya gəlməli olur. Baş qəhrəmanın saflığından istifadə edib ilin ən çox baxılan videosunun müəllifinə ayrılmış 2 milyon manatı mənimsəmək istəyirlər. Çox keçmir əvvəlcədən hazırlanmış hiylənin üstü açılır və fırıldaqçılar istəklərinə nail ola bilmirlər. Kənd həyatına alışan İntiqam şəhərdə bir – birindən gülməli vəziyyətlərə düşür. Sonda mükafatın təqdimat mərasimində qalmaqal yaşanır və Youtube üçün növbəti baxış sayı toplaya biləcək videoya zəmin yaranır.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Aktyorlar

Heyət (titrlərdəki saya görə)

Ssenari müəllifləri: Ənvər Abbasov, Fariz Əliyev , Samid Ağayev

Quruluşçu operator: Rəşad Qarayev

Quruluşçu rəssam: İqbal Əliyev

Səs: PicMus

Baş prodüsser:Müşfiq Şahverdiyev

Montaj: Emil Abdullayev

Bəstəkar: Cafer İşleyen

Səs rejissoru: Cafer İşleyen

Qrim: Emil Abdullayev

Montaj rejissoru: Emil Abdullayev

Quruluşçu rejissor: Emil Abdullayev

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Rəis, X. “My name is İntiqam” tamaşaçı rəğbəti ilə qarşılandı: [Emil Abdullayevin rejissorluğu ilə çəkilən eyniadlı film haqqında] //Kaspi.- 2014.- 2 dekabr.- S.12.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Filmi izlə
Oqtay Mirqasımov "Bozbaş pikçers" və "İntiqam"ı tənqid etdi — VİDEO