Çoxayaqlılar (lat. Myriapoda) — Buğumayaqlılar tipinə aid yarımtip.
Çoxayaqlılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Çoxayaqlılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Çoxayaqlıların 10500-ə qədər növü vardır. Bütün çoxayaqlılar rütubət bol olan yerlərdə - meşə döşənəyində, daşların altında, torpaqda və çürümüş oduncaqda yaşayırlar. Onlarda (bəzi növlər müstəsna olmaqla) kutikulanın rütubət keçirməyən xarici qatı - epikutikula olmur. Bədən ölçüləri 2 mm-ə qədər, nəhəng skolopendralar 26,5 sm, tropik ikicütayaqlılar (Graphidostreptus didas) daha iri – 28 sm uzunluqda ola bilər.
Çoxayaqlıların bədəni iki hissədən – baş və buğumlu gövdədən ibarətdir. Baş akrondan və 4 gövdə buğumunun birləşməsindən əmələ gəlmişdir. Başda bir cüt bığcıq və üç cüt ətraf vardır.Bu ətraflar ağızın yaında yerləşərək bir cüt üst çənə və iki cüt alt çənələrdən ibarətdir. İkicütayaqlılarda (Kivsyak ) ağız aparatı birinci cüt alt çənələrdən məhrumdur, alt çənələrin ikinci cütü isə birləşərək, qnatoxilyariya adlanan mürəkkəb quruluşlu tək lövhə əmələ gətirmişdir.
Gövdə buğumları müxtəlif sayda olub, 10-170 arasında dəyişir. Əksər növlərdə buğumlar homonomdur, bəzi çoxayaqlılarda (skolopendra) arxa buğumlar müstəsna olmaqla buğumlar homonomdur. Bəzilərində özünəməxsus heteronomluq müşahidə olunur. Belə ki, sümükcədə (19 buğum) nisbətən uzun buğumlar qısa buğumlarla növbələşir. Gövdədə olan ətraflar birşaxəlidir, buğumludur. Bu ətraflar yürüş ətrafları olub, əksər növlərdə 8 buğumdan təşkil olunmuşdur və caynaqla nəhayətlənir. Dodaqayaqlılarda anal buğumu müstəsna olmaqla, hər buğuma bir cüt ətraf birləşmişdir. Müəyyən funksiyanı yerinə yetirmək üçün ətraflardan bəziləri şəklini dəyişmişdir. Belə ki, gövdənin birinci buğumunun ətrafları şəklini dəyişərək qarmaqşəkilli forma almış və ucunda iti caynağı vardır. Bu ətraflar güclü əzələyə malik olub, çənəayaqlar adlanır,şikarın tutulması və öldürülməsinə xidmət edir.Çənəayaqlarda zəhər vəzi də vardır ki, onun da axarı caynaq olan sahəyə açılır.Dal buğumların ətrafları da bəzən şəklini dəyişərək, cinsi törəmələrə və uzun toxunma hiss çıxıntılarına (sümükcə) çevrilmişdir. Çoxayaqlıların həzm sistemi boruşəkilli bağırsaqdan ibarətdir, orta bağırsaq daha uzundur. Xərçəngkimilərdən və hörümçəkkimilərdən fərqli olaraq, çoxayaqlılarda qaraciyər yoxdur. Bir və ya iki ədəd ağızsuyu vəziləri vardır.
Traxeyalar vasitəsilədir.Traxeya boruları bəzi buğumlarda yerləşən stiqmalarda başlanır.Çoxayaqlıların əksəriyyətində hər buğumda bir cüt stiqma yerləşir.İkicütayaqlılarda,demək olar ki, bütün buğumlarda iki cüt stiqma vardır ki,bunlar şaxələnməmiş traxeyalara açılır.Dodaqayaqlılarda traxeya sistemi daha güclü inkişaf etmişdir.Stiqmalar iri traxeya borularına açılır ki, onlar da bütün orqanlara daxil olan daha kiçik traxeyalara qədər şaxələnirlər.Traxeya borularının divarları daxildən xitinlə döşənmiş birqatlı epiteli ilə örtülmüşdür.
Boruşəkilli ürəkdən və qan damarlarından ibarət olub ,açıqdır.Ürək bel tərəfdə yerləşmişdir.O,demək olar ki, bədən boyu uzanır və bir cüt ostiy dəliyi olan metamer quruluşlu kameralardan ibarətdir.Ostiy dəlikləri və ürəyin kameralarının arası qapaqla təchiz olunmuşdur.Qan dal tərəfdən önə doğru hərəkət edir.Ürəyin altında xüsusi qanadşəkilli əzələlər vardır.Müxtəlif çoxayaqlılarda ürəkdən çıxan damarlar eyni dərəcədə inkişaf etməmişdir.
Malpigi boruları vasitəsilədir.Malpigi boruları nazikdir,bir və ya iki cütdür.Malpigi boruları bədən boyu uzanaraq orta bağırsaqla dal bağırsağın sərhəddində bağırsağa açılır.İfrazat funksiyasının yerinə yetirilməsində piy cisimciyi və bəzi vəzilər də iştirak edir.Piy cisimciyi qeyri-müəyyən quruluşa malik olub,özündə piy şəklində ehtiyat qida maddələri toplayan bir çox hüceyrələrədn təşkil olunmuşdur.Bu hüceyrələr ,eyni zamanda ifrazat funksiyasını da yerinə yetirir.
Çoxayaqlılarda sinir sistemi udlaqüstü və udlaq altı sinir düyünlərindən ibarət olan baş beyindən,udlaq ətrafı sinir həlqəsindən və qarın sinir zəncirindən ibarətdir.
Çoxayaqlılarda toxunma, iybilmə və görmə orqanları vardır.Çoxayaqlılarda bağırsaqlar,bəzilərində (kivsyak) bəzilərində isə dal buğumların ətrafıları da toxunma hiss orqanlarıdır.İybilmə orqanları kiçik borucuqlar şəklində bığcıqlarda yerləşir.Çoxayaqlıların bir qismində sadə quruluşlu tək göz ,bir qismində (sümükcə) çoxlu gözcüklər qrupundan ibarət fasetli gözə oxşar gözlər ,bir qismində isə tipik fasetli gözlər olur.
Çoxayaqlılar müxtəlif cinslidirlər.Dodaqayaqlılarda erkək və dişi cinsi dəliklər anal buğumundan əvvəlki buğumda yerləşir. Erkək fərdlərdə bu buğumun ətrafı şəklini dəyişərək kopulyativ orqana çevrilmişdir.İkicütayaqlılarda və digər çoxayaqlılarda cüt cinsi dəliklər üçüncü gövdə buğumunda yerləşir.Mayalanmış yumurtalarını kiçik yuvalara qoyurlar.
Çoxayaqlıların yumurtaları sarılıqla zəngindir.ayrı-ayrı qrupların postembrional inkişafı müxtəlifdir.Bəzilərində yumurtadan buğumların sayı az olan fərdlər çıx ır.Sonra qabıq dəyişməklə buğumların sayını bərpa edirlər.Yeni buğumlar anal buğumlardan əvvəlki buğumdan əmələ gəlir.Məsələn,bəzi dördayaqlılarda yumurtadan yeddi buğumlu,yeddi cüt ətrafa malik fərd çıxır.İkicütayaqlılarda isə yumurtadan çıxam yeddi buğumlu “sürfənin” ancaq üç buğumu ətraflara malik olur.Bu tip postembrional inkişaf yəni anal buğumundan əvvəlki buğumda yeni buğumların əmələ gəlməsi ilə gedən inkkişaf anamorfoz adlanır.Kivsyaklarda (Julidae) bəədn buğumlarının sayı qeyri-sabit olduğu üçün böyümə bütün ömrü boyu davam edir (daimi anamorfoz).
Bəzi dodaqayaqlılarda (skolopendralar, geofillər və s.) inkişaf düzünədir, yəni yumurtadan bütün buğumları olan fərd əmələ gəlir. Postembrional inkişaf zamanı çoxayaqlıların bədən quruluşu formalaşır və böyüyür.
Yarımtipə 4 sinif daxildir: