Nömaniyyə qəzası

Nömaniyyə qəzası (ərəb. قضاء النعمانية‎) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi.[1] Qəzanın inzibati mərkəzi Nömaniyyə şəhəridir.

Nömaniyyə qəzası
32°21′39″ şm. e. 45°29′02″ ş. u.
Ölkə
Xəritəni göstər/gizlə
Nömaniyyə qəzası xəritədə
Nömaniyyə qəzası
Nömaniyyə qəzası

2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.116 km² ərazini əhatə edir.[2][3]

İnzibati-ərazi bölgüsü

[redaktə | mənbəni redaktə et]

İnzibati cəhətdən iki nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Nömaniyyə nahiyyəsi (ərəbcə: ناحية النعمانية)[4] və Ahrər nahiyyəsi (ərəbcə: ناحية الاحرار).

2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 107.618 nəfər idi.[3] Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır.[3] Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Nömaniyyə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 11,78%-ni təşkil edirdi.

Qəzada əhali əsasən ərəblərdən, qismən isə türkmanlardan ibarətdir. Qəzada yaşayan türkmanlar Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdurlar.[5] Sayları 200 min nəfərdən çox olan bu tayfanın nümayəndələri həmçinin Bağdad mühafazasında, Əziziyə qəzasında, Kut qəzasındaBedra qəzasında məskunlaşıblar.[5][6]

Danışılan dillər

[redaktə | mənbəni redaktə et]

Qəzada yaşayan əhali əsasən ərəb dilində, qismən isə azərbaycan dillərində danışır.

  1. ديوان محافظة واسط :عن واسط Arxivləşdirilib 2016-12-29 at the Wayback Machine
  2. "الوحدات الإدارية ومساحتها كما في 2009". 2019-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-25.
  3. 1 2 3 Iraq population statistics Arxivləşdirilib 2015-04-20 at the Wayback Machine in GeoHive Global Statistics Arxivləşdirilib 2012-04-03 at the Wayback Machine. United States of America, Arizona, Phoenix.
  4. مركز قضاء النعمانية
  5. 1 2 Zaman Gazetesi Arxivləşdirilib 2014-03-26 at the Wayback Machine: Arşivinden—>Türkmen aşiretleri Türkçeyi kurslarda yeniden öğrenecek Arxivləşdirilib 2012-04-07 at the Wayback Machine<—haberi; haberin yayınlanma tarihi: 28.11.2003, yazar: Ahmet Dinç / Bağdat
  6. "Türkmen Karagol- Karakol (Karagül) Oymak Aşiretinin Türkmen Olmanın duygusu". 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-26.