Nüreddin Aras

Nüreddin Aras (6 mart 1954, İğdır) — "Tərəqqi" medalı laureatı (2006).[1]

Nurəddin Aras
türk. Nurettin Aras
Şəxsi məlumatlar
Doğum tarixi 6 mart 1954(1954-03-06) (70 yaş)
Doğum yeri
Partiya
Təhsili
  • İstanbul Universitetinin ədəbiyyat fakültəsi[d]
Fəaliyyəti siyasətçi

Təltifləri "Tərəqqi" medalı

Nüreddin Aras 1954-cü il martın 6-da İğdır şəhərində anadan olmuşdur. Nurəddin Aras əslən Qərbi Azərbaycanın Göyçə mahalındandır.[2] 1914-cü ildə erməni zülmündən İğdıra köçən Aras ailəsi hazırda şəhərin ən böyük ailələrindən biridir. İlk, orta və lisey təhsilini İğdırda almışdır. Liseydən sora Almaniyaya getmiş və Hote İnstitutunda dil təhsili almışdır. Sonra Erlanqen Universitetinin İdman Akademiyasında təhsilini davam etmişdir.

İstanbul Universiteti Ədəbiyyat fakultəsinin coğrafiya bolumundə təhsil almışdır.1980-ci ildə İğdırda coğrafiya müəllimi təyin olunmuşdur. 1999 və 2004-cü illərdə keçirilən seçkilərdə qalib gələrək 10 il İğdır Bələdiyyə sədri olmuşdur. 2011-ci ildə keçirilən Türkiyə Ümumi Seçkilərində Ədalət və İnkişaf Partiyasından II nömrəli millət vəkili namizədi olaraq göstərilmişdir.

Azərbaycanla münasibətə həmişə böyük önəm verən Nureddin Arasın təşəbbusu və dəstəyi ilə hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar Avropa ölkələrində beynəlxalq konfrans keçirilir. Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı cıxan Nureddin Aras İğdırın Azərbaycanla, xüsusilə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin genişlənməsində önəmli rol oynamışdır.

2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dunya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

  1. Azərbaycan Diasporu Ensiklopedik Məlumatlar Toplusu
  2. "Türkiyə parlamentinə o məşhur göyçəli seçildi – Nurəddin Aras HDP-nin səsini böldü". 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]