Nüsrət Yaqubov (tam adı: Nüsrət İsmayıl oğlu Yaqubov; 9 yanvar 1958, Zirə, Artyom rayonu, Bakı, Azərbaycan SSR, SSRİ – 22 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Nüsrət Yaqubov | |
---|---|
Nüsrət İsmayıl oğlu Yaqubov | |
Doğum tarixi | |
Doğum yeri | Zirə, Artyom rayonu, Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (32 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Zirə qəbiristanlığı |
Vətəndaşlığı | SSRİ |
Atası | İsmayıl |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Operator |
Nüsrət Yaqubov 1958-ci ildə Bakının Zirə kəndində anadan olmuşdur. Orta təhsilini 120 nömrəli məktəbdə almışdır. Mərdəkan yaxınlığındakı Dübəndi Neftboşalma bazasında operator işləmişdir.[2]
Ailəli olmuş, 2 qızı və 2 oğlu yadigar qalmışdır.[3]
Yanvarın 19-u gecəsi təxminən saat 22 radələrində Qala kəndindən öz şəxsi Jiquli markalı (Ya 56-83 AQ) maşınında evə gedərkən hərbi hissənin yanında əsgərlər tərəfindən atəşə tutulmuşdur. Nüsrət bir müddət burada köməksiz qalmış, xeyli qan itirmişdir. Sonra o, saat 23:30 dəqiqədə Mərdəkandakı 26 nömrəli xəstəxanaya aparılmışdır. Aparılan cərrahiyyə əməliyyatı da kömək etməmiş, yanvarın 22-si vəfat etmişdir.
Zirə qəbiristanlığında dəfn edilmişdir.
Bakı, Zirə qəsəbəsi, C. Məmmədquluzadə küçəsi, döngə 9, ev 15.
Orta təhsilini aldığı 120 nömrəli məktəb onun adını daşıyır.
Zirə qəsəbəsinin verdiyi ilk şəhid kimi tarixə düşən Nüsrət Yaqubov