Nüvə enerjisi

Parçalanma reaksiyası: Uran neytron bombardmanına tutulur. Ağır atomik quruluş daha yüngül atomlara parçalanır. Nüvə stansiyalarında geniş şəkildə istifadə edilir.

Nüvə enerjisinüvə parçalanması və ya birləşməsi ilə müşayət olunan nüvə reaksiyası zamanı yaranan enerji. Sənayedə elektrik enerjisinin əldə edilməsi üçün tətbiq olunan texnologiyaya da nüvə enerjisi deyilir. Nüvə birləşməsinin praktiki tətbiqi hələ tədqiqat mərhələsində olsa da, nüvə parçalanması artıq 1950-ci illərdə uranın tətbiqi ilə sınaqdan keçirilmiş və geniş tətbiq olunmuşdur.

Nüvə enerjisi adətən uran 235 və ya plutoniumun tətbqiqi ilə zəncirvari reaskiya nəticəsində əldə edilir. Nüvəyə neytronlar düşdükdə o parçalanaraq yeni neytronlar və qalıqlar alınır. Alınan bu hissəciklər yüksək kinetik enerjiyə malik olurlar. Qalıqların başqa atomlarla toqquşması zamanı bu kinetik enerji istiliyə çevrilir.

Nüvə partlamasına ilk dəfə 1934-cü ildə Enriko Fermi təcrübə yolu ilə nail olub. İlk dəfə 1951-ci il dekabrın 20-də nüvə reaktorundan elektrik enerjisi əldə olunub. Prezident Dvayt Eyzenhaver 1953-cü ilin dekabrında “Atomlar Sülh üçün” çıxışında atomun faydalı istifadəsini vurğulamış və ABŞ-nin nüvə enerjisinin beynəlxalq istifadəsini dəstəkləyən güclü dövlətlər sırasında olduğunu bildirmişdi. Bugün nüvə enerjisi hər il 2,5 milyard ton karbon qazının ayrılmasının qarşısını almaqla dünya elektrik enerjisinin 16%-ni təmin edir, digər halda isə elektrik enerjisi kömür kimi mədən yanacaq ərimələrindən əldə edilir. Nüvə enerjisindən atom elektrik stansiyalarında (AES), atom sualtı gəmilərində istifadə olunur. Bu enerjinin kosmik gəmilərdə tətbiqi üzrə sınaqlar aparılır.

XXI əsrdə istifadəsi

[redaktə | mənbəni redaktə et]

2004-cü ildən etibarən nüvə enerjisi dünya enerjisinin 6,5%-i, dünya elektrik enerjisinin 15,7%-i təchiz edir. ABŞ, FransaYaponiyanın elektrik enerjisinin birlikdə 57%-i nüvə enerjisi təşkil edir. 2007-ci ildən etibarən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatına görə dünyada 439 nüvə elektrik reaktoru var və bunlar 31 ölkədə fəaliyyətdədir.

Dünyada ən çox nüvə enerjisi istehsal edən ölkə ABŞ-dır, o sərf etdiyi elektrik enerjisinin 20%-i nüvə enerjisindən alır, Fransa isə 2006-cı ildən etibarən elektrik enerjisinin çox hissəsini – 80%-i nüvə reaktorlarından əldə edir. Nüvə enerjisi siyasəti Avropa İttifaqı ölkələrində fərqlidir, Avstriyaİrlandiya kimi bəzi ölkələrdə aktiv nüvə enerji stansiyaları yoxdur. Onlar ilə müqayisədə Fransada çoxlu sayda belə zavodlar var və onların 16-ı hazırda fəaliyyət göstərir.

Avropa İttifaqı ölkələrində nüvə enerjisi siyasəti

[redaktə | mənbəni redaktə et]

Aİ daxilində Nüvə Enerjisi Forumunun yaradılması ilə Aİ-də nüvə enerjisinin daha geniş istifadəsi məsələsində son zamanlar yüksək profilli artım əldə olunub. Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozo Slovakiyanın paytaxtı Bratislavada forumun açılış mərasimindəki çıxışında demişdi: “Biz indi Üçüncü Sənaye İnqilabının – daha az karbon əsrinin astanasında dayanmışıq. Bu kontekstdə mən həqiqətən inanıram ki, nüvə enerjisi ilə bağlı tam və açıq müzakirəyə ehtiyac var”.

Platforma üzv dövlətləri Aİ-da nüvə sektorunun gələcəyini müəyyələşdirəcək nüvə enerjisinin verdiyi imkanları və riskləri müzakirə etmək üçün bütün əsas iştirakçıları bir araya gətirir.Hazırda 15 üzv dövlətin nüvə enerji stansiyası var və bəzilərində bu əsas elektrik mənbəyidir. Ümumilikdə elektrik enerjisinin üçdə biri və Aİ-nin ümumi enerjisinin 15%-i nüvə enerjisi mənşəlidir.

Karbon qazı emissiyasının azalması və tədarükünün təhlükəsizliyi ilə bağlı artan narahatlıqları qarşılamaqda nüvə enerjisi mühüm rol oynayır. Avropa Komissiyasının verdiyi məlumata görə, hazırda enerji istehsalı və istifadəsi bütün istixana qazları emissiyasının 80%-i təşkil edir. Bundan əlavə, nüvə enerjisi yanacağın qiymət dəyişkənliklərinə digər enerji mənbələrinə nisbətən daha az məruz qalır və bu da öz neftqazına görə geo-siyasi cəhətdən qeyri-sabit regionlardan asılı olan Aİ üçün mühüm faktordur.

Təhlükəsizlik məsələləri və ictimai dəstək

[redaktə | mənbəni redaktə et]

Bir çox ölkənin radioaktiv tullantılar problemini həll etmək istəyinə baxmayaraq, nüvə enerjisinin gələcəyi naməlum qalır. Nüvə enerjisinin istifadəsi üçün iki mütləq şərt var – təhlükəsizlik və ictimai dəstək.

Aİ daxilində keçirilmiş ən sonuncu ümumi sorğu göstərir ki, avropalıların 53%-i nüvə enerjisinin gətirdiyi risklərin onun üstünlüklərindən daha çox olduğunu düşünür. Digər tərəfdən, insanların üçdə biri nüvə enerjisinin riskdən daha çox əlverişli enerji mənbəyi olduğunu deyirlər. Yalnız altı ölkədə – İsveç, Çexiya Respublikası, Slovakiya, Finlandiya, EstoniyaBolqarıstanda – nüvə enerjisinə inananların sayı bunun əksinə olanları üstələyir. Nüvə enerjisinin xüsusi aspektləri haqqında soruşduqda isə avropalıların 69%-i onun enerji asılılığını azaltması ilə razılaşmış, 50%-i daha aşağı və daha sabit enerji qiymətləri təmin etdiyini və 46%-i isə qlobal istiləşməyə qarşı mübarizədə müsbət rol oynadığını bildirmişdi.