Nüvə silahı saxlanılmayan zona

1975-ci il Birləşmiş Millətlər Təşkilatının 3472 nömrəli qətnaməsində müəyyən edildiyi kimi, müxtəlif növ nüvə yayılması və nüvə silahı saxlanılmayan zonaları olan dünya xəritəsi.
  Beynəlxalq müqaviləyə əsasən nüvə silahı olmayan ölkələr.
  Nüvə silahı saxlanılmayan zonalarda olmayan nüvə silahlı dövlətlər və onlara aid olan ərazilər.
  Müharibə zamanı ev sahibi ölkənin istifadə etməsi üçün ABŞ-nin nüvə arsenalına sahib dövlətlər.
  Yuxarıda göstərilənlərin heç biri.

Nüvə silahı saxlanılmayan zona (NSSZ; daha çox NWFZ; ing. Nuclear-weapon-free zone) — beynəlxalq hüquqda atom və nüvə silahı saxlanılmayan ərazi. Nüvə silahlı saxlanılmayan zona beynəlxalq sülh və təhlükəsizliyi müdafiə formalarından biridir. Bu, BMT Nizamnaməsinin prinsip və tələblərinə uyğundur. Təcrübədə nüvə silahı saxlanılmayan zona ideyası ilk dəfə Antarktika haqqında beynəlxalq müqavilədə (1959-cu il) həyata keçirilmişdir. Aland adaları, Şpitsbergen arxipelaqı, Aralıq dənizində bəzi adalar və kosmik fəza nüvə silahı saxlanılmayan zona hesab edilməsi haqqında qətnamə (1961-ci il), Latın Amerikasının nüvə silahı saxlanılmayan zona elan edilməsi haqqında qətnamə (1967), dəniz və okeanların divində nüvə silahlarının yerləşdirilməsinin qadağan olunması haqqında qətnamə (1971) qəbul edilmişdir. 1978-ci ildə SSRİ Latın Amerikasının nüvə silahı saxlanılmayan zonaya çevirməsi haqqında Tlatelolko müqaviləsinin zamini olmuşdur.[1]

2009-cu il üçün nüvə silahı saxlanılmayan zona elan edilən ərazilər:

1984-cü ildən Yeni Zelandiya özünü nüvə silahı saxlanılmayan dövlət elan etdi. MonqolustanBelarus nüvə silahı saxlanılmayan dövlət statusuna malikdir.

  1. Нүвә силаһы сахланылмајан зона // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 310.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]