Film Səməd Vurğunun anadan olmasının 70 illiyinə həsr edilmişdir.
Kinooçerk poetik formada görkəmli şairin həyat və yaradıcılığından söhbət açır.
Film şairin qələm dostlarının — Nikolay Tixonovun, Konstantin Simonovun, Rəsul Həmzətovun, Osman Sarıvəllinin, Aşıq Şəmşirin xatirələri üzərində qurulmuşdur. Filmdə aktyorlardan Əliabbas Qədirov və Yusif Vəliyev iştirak edirlər.
- 1976-cı ildə — Filmin yaradıcılarından İsmayıl Şıxlı, Yalçın Əfəndiyev və Zaur Məhərrəmov Azərbaycan Komsomolu mükafatına layiq görülmüşdür.
- 1977-ci ildə Riqada X Ümumittifaq Kinofestivalı — Azərbaycan şairi Səməd Vurğunun həyat və fəaliyyəti haqqında publisistik hekayətə görə filmə münsiflər heyətinin Diplomu verilmişdir.
- Rejissor: Yalçın Əfəndiyev
- Ssenari müəllifi: İsmayıl Şıxlı
- Operator: Zaur Məhərrəmov
- Rəssam: Rafiz İsmayılov
- Bəstəkar: Aqşin Əlizadə
- Səs operatoru: Şamil Kərimov
- Əfəndiyev, Y. “Nə yaxşı ki, dünyada Səməd Vurğun var...” [C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi eyniadlı film haqqında] //Azərbaycan.- 1976.- 1 sentyabr.- səh. 133-137.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 246.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.