Bu məqalədə bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Məlumatı yoxla. Bu məqalədə verilən faktların dəqiqliyini və məlumatların etibarlılığını yoxlamaq lazımdır. Müzakirə səhifəsində aydınlaşdırılmalıdır. |
Nəcib dəfnə (lat. Laurus nobilis) — dəfnəkimilər fəsiləsindən, ətirli, həmişəyaşıl subtropik ağac və ya kol növü.
Nəcib dəfnə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Nəcib dəfnə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Əsl dəfnənin vətəni Kiçik Asiyadır. Buradan Aralıq dənizyanı ərazilərə yayılmışdır. Hazırda yabanı halda Cənubi Fransa, İngiltərə, İsveçrə, İrlandiya və Şotlandiyada təsadüf edilir.[mənbə göstərin]
Hündürlüyü 5–18 m, gövdəsinin diametri 40 sm-dən çox olan, qonur rəngli, hamar qabıqlı koldur. Yarpaqları qısa saplaqlı, 8-20 sm uzunluqda, 1,5-8 sm enində olub, dərivari, parlaq, üstdən tünd yaşıl, altdan isə açıq yaşıl rəngli, qısa saplaqlı, ovalvari-neştər formalıdır. Qaidəsi ensiz, ucu sivri, kənarları dalğavari, damarları tükcüklərlə örtülmüşdür. Mart-may aylarında çiçəkləyir. Çiçəkləri xırda, 4-6 bölümlü çiçək yanlığına malik, qısa saplaqlı olmaqla, 4-6-sı birlikdə xırda çətirlərə toplanmış və yarpaqların qoltuğunda yerləşmişdir. İkievli, tək-tək hallarda isə ikicinsli olur. Erkək çiçəklərində erkəkcikləri 8-dən 12-ə qədər, 2-3 dairə üzrə düzülmüşdür. Erkəkciklərin saplağı çılpaq, 8 xarici erkəkciyin hər biri 2 ədəd vəziyə malikdir. Dişi çiçəklərdə 4 ədəd erkəkcik rüşeym halında olub, iki çiçək yanlığının bölümləri ilə növbələşir. Yumurtalığı biryuvalıdır. Meyvəsi ellips və ya yumurtavari, qara rəngli və bir toxumlu çəyirdəkdir.[mənbə göstərin]
Sentyabr ayında yetişir. Qələm və kök pöhrələri ilə çoxaldılır. Dəfnə quraqlığadavamlı, işıqsevəndir, yarımkölgəli yerlərdə də bitir. [mənbə göstərin]
Abşeron, Lənkəran, Zaqatala, Gəncə, Şəmkir, Füzuli və b. Rayonlarda, parklarda təsadüf edilir.
Yarpaqlarında 3,1% efir yağı, 13,8% pentoza şəkəri, 0,8-1,2% pektin və aşılayıcı maddələr vardır.