Nəcmətdin Xəlil Onan (d. 1902, Çatalca, Kocaeli – ö. 17 avqust 1968, İstanbul) – türk şair, müəllim, elm xadimi, ədəbiyyat tarixçisi.[1]Türk ədəbiyyatının artıq klassikləşmiş əsəri olan və türk ordusunun Çanaqqala döyüşündəki müdafiəsini yad edən "Bir yolçuya"[2] şerini qələmə alan şairdir.
Nəcmətdin Xəlil Onan | |
---|---|
Necmettin Halil Onan | |
Doğum tarixi | |
Doğum yeri | Çatalca, Kocaeli |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul |
Vətəndaşlığı | |
Milliyyəti | türk |
Təhsili |
|
Fəaliyyəti | şair, müəllim |
Vikianbarda əlaqəli mediafayllar |
1902-ci ildə Çatalcada anadan olmuşdur. Atası Düyün-i Umumiyyə məmuru Xəlil Hilmi bəy idi.[3] Orta təhsilini Vəfa liseyində tamamlamışdır. 1919-cu ildə Darülfünun Ədəbiyyat fakültəsində olan imtahanı verərək Türk dili və ədəbiyyatı fakültəsinə qəbul olmuşdur. Cənab Şahabətdin, Fuad Köprülü, Fərid Kam, Yusif Şərif, Yahya Kamal, Hüseyn Daniş kimi ədəbiyyatçıların tələbəsi olmuşdur. Lakin İstanbulun işğalından sonra məktəb müvəqqəti olaraq qapadıldıqdan sonra milli mübarizəyə qatılmaq üçün Ankaraya qaçmışdır. Ankara təlimatgahında zabit vəkili olmuş, Anadolu Agentliyinin Sivas sevisində çalışmış, milli mübarizə sonlandıqdan sonra İstanbula gələrək təhsilini sonlandırmış və 1924-cü ildə məzun olmuşdur. Bir müddət təkrar Anadolu Agentliyində və özəl məktəblərdə çalışmışdır. 1929-cu ildən etibarən İzmir, Adana, Ankara illərində bir çox liseydə ədəbiyyat müəllimliyi və lisey müdirlüyü etdikdən sonra maarif müfəttişi olmuşdur.
1942-1946-cı illərdə Ali Təhsil Ümumu Müdirliyi etmiş, Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakültəsində qədim türj ədəbiyyatı professoru olaraq təyin edilmişdir. 1959-cu ildə isə universitetdəki vəzifəsindən təqaüdə ayrılmışdır. 18 avqust 1968-ci ildə İstanbulda vəfat etmişdir.
Nəcmətdin Xəlil yazı həyatına əruz vəznində şerlər yazaraq başlamışdır.[4] İlk şerləri Nədim jurnalında nəşr edilmişdir. Əruzu buraxıb, heca vəznində şerlər yazmağa başladığında şerlərini Dərgah və Həyat jurnallarnda nəşr etdirmişdir. Şerlərini 1927-ci ildə v 1933-cü ildə nəşr etdirdiyi iki kitabda toplamışdır. Eşq, təbiət və milli hisslər ilə əlaqəli şerlər yazmışdır. Son dövr şerlərində Yahya Kamal Beytalı təsiri hiss olunur. “İşləyən yara” adlı romanı kitab olaraq nəşr edilməmiş, lakin 1932-ci ildə Vakit qəzetində hissə-hissə yayımlanmışdır. Orta məktəblər üçün dil bilgisi kitabları da hazırlamışdır.[5]