«Nərgizlər vadisi» (ukr. «Долина нарцисів») — Karpat biosfer qoruğunun xüsusi qorunan massivi. Ərazi Ukraynanın qərbində, Zakarpatiya vilayətinin ərazisində yerləşir. 1992-ci ildə Karpat biosfer qoruğunun tərkibinə və Biosfer qoruqlarının ümumdünya şəbəkəsinə daxil edilmişdir.[1]
Nərgizlər vadisi | |
---|---|
ukr. «Долина нарцисів» | |
| |
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi | 256,5 ha |
Mütləq hündürlüyü | 180—200 m |
Yaradılma tarixi | 1992 |
İdarəetmə orqanı | Karpat biosfer qoruğu |
Yerləşməsi | |
48°10′42″ şm. e. 23°20′59″ ş. u. | |
Ölkə | Ukrayna |
Yerləşməsi | Zakarpatiya vilayəti |
Yaxın şəhər | Xust |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qoruq dəniz səviyyəsindən 180-200 metr yüksəklikdə, Xustsko-Solotvinski vadisinin qərbində, Tisa çayının qədim terrasında yerləşir. Qoruğun sahəsi 257 hektar olub düzənlik relyefə malikdir.
Relikt nərgizlər vadisinin yaranmasına səbəb buzlaq epoxaları olmuşdur. Dağlıq ərazilərdən buzlağın təsiri ilə sürüşərək aşağıya enən böyük torpaq kütləsi ilə həm də unikal bitkilər də gəlmişdir. Buzlağın çəkilməsindən sonra yüksəkliklərdən axıb gələn sular ərazinin akklimatizasiyasına səbəb olmuş və nərgiz bitkisi geniş əraziyə yayılmışdır. Tədricən bölgədə palıd meşələri çoxalmış və nərgizgüllərinin ərazisi tədricən azalmışdır. Sovetlər zamanı bölgədə geniş kənd təsərrüfatı işləri aparılmış və sonda 50 hektara yaxın nərgizgülü olan ərazi məhf edilmişdir. 1992-ci ildən əraziyə qoruq statusu verilmişdir.[2]
«Nərgizlər vadisi» — unikal botanika obyekti olub, Orta Avropada kiçik ərazidə ensizyarpaq nərgizgülü (Narcissus angustifolius) qorunub saxlanılır.[3] Müsair klassifikasiyada o Poetik nərgizgülü[ru] növünün tərkibinə daxildir.[4] Bu növ əslində Orta Avropanın Alp, Balkan və Karpat dağlarının 1100—2060 metr hündürlükdə olan ərazilərində yayılıb. O üzdən ensizyarpaq nərgizgülü relikt hesab olunur və 1980-cı ildən Ukraynanın Qırmızı kitabına daxil edilmişdir.[5]
Vadidə 498 növdən çox bitki mövcuddur, hansı ki, onlardan Achillea salicifolia, Fuks boşləçəyi, Sibir süsəni, Anacamptis coriophora, Ağ qaytarma və s. nadir növlər hesab olunur. 15 növ çiçəkli bitki qırmızı kitaba salınıb. Nərgizgüllərinin çiçəkləməsi may ayının sonun təsadüf edir.[6]