Şirinov Nəriman Mikayıl oğlu (7 noyabr 1929, Qaraxanlı, Tovuz rayonu – 26 iyul 2006) — baytarlıq elmləri doktoru (1970), professor (1974), Dövlət Mükafatı laureatı (1990), AMEA-nın və Rusiya KTEA-nin müxbir üzvü, "Şərəf nişanı" ordeni (1981), Əməkdar elm xadimi.[1]
Nəriman Şirinov | |
---|---|
Nəriman Mikayıl oğlu Şirinov | |
Doğum tarixi | |
Doğum yeri | Tovuz, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (76 yaşında) |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | baytarlıq elmləri doktoru (1970) |
Elmi adı | professor (1974) |
Təhsili | Moskva Baytarlıq Akademiyası |
Üzvlüyü | AMEA, Rusiya KTEA |
Mükafatları |
Dövlət Mükafatı Laureatı "Şərəf nişanı" ordeni |
Nəriman Şirinov 1929-cu il noyabrın 7-də Tovuz şəhərində anadan olub. Tovuz şəhərindəki A. S. Puşkin adına orta məktəbdə təhsil almış və əla qiymətlərlə bitirdikdən sonra 1949-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə daxil olub. 1950-ci ildə Moskva Baytarlıq Akademiyasına köçürülərək təhsilini uğurla 1954-cü ildə başa vurub.[1]
Nəriman Şirinov əmək fəaliyyətinə 1954-cü ildə Balakən rayonunda MTS-da böyük baytar həkimi kimi başlayıb. Elmə olan həvəs onu tezliklə Azərbaycan Elmi-Tədqiqat İnstitutuna gətirmişdir. 1955-ci ildən laborant, sonra isə helmintologiya laboratoriyasında kiçik elmi işçi kimi çalışıb.[1]
1970-ci ildən Azərbaycan Elmi-Tədqiqat İnstitutuna direktor vəzifəsinə təyin olunaraq ömrünun sonunadək burada çalışmış, mütəxəssislərin yetişdirilməsində əvəzsiz xidmətləri olub.[1]
Nəriman Şirinov 1962-ci ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, 1974-cü ildə professor adına layiq görülüb. 1990-cı ildə Dövlət Mükafatı laueratı, 2001-ci ildən AMEA-nın və Rusiya KTEA-nın müxbir üzvi olub. Nəriman Şirinovun rəhbərliyi dövründə 11 elmlər doktoru, 62 elmlər namizədi hazırlanıb. Alimin 5000-dən çox elmi əsəri, monoqrafiyaları çap edilib.[1]
1957–1960-cı illərdə Azərbaycan Respublikasında suda üzən quşların helment və helmentozlarını öyrənərək helmintologiya elmini yeni tədqiqatlarla zənginləşdirib. Azərbaycanda, o cümlədən keçmiş Sovetlər Birliyində yeni helment növlərini qeydə almış və onlara qarşı müalicə-profilaktika tədbirlətini işləyib hazırlayıb.[1]
SSRİ-də ilk dəfə olaraq neft tullantıları və neft-kimya sintezi məhsullarının baytarlıqda və heyvandarlıqda istifadə etməklə yeni bir məktəb yaradıb.[1]
1962-ci il Azərbaycan SSR Nazirlər Sovetinin Qərarı ilə Az. ETBİ-də "Neft tullantılırı, neft-kimya sintezi məhsullarından baytarlıqda istifadə etmək üçün yeni müalicə-profilaktika vasitələri axtaran laboratoriya"nın təməlini qoyaraq ona uzun müddət rəhbərlik edib. Onun rəhbərliyi ilə laboratoriyada fassilyoz və dikroselyoza qarşı çox sayda preparat, o cümlədən 6 neft tullantısı, 34 neft-kimya sintezi məhsulu sınaqdan keçirilmişdir. Aparılmış tədqiqatlar nəticəsində "Efiran-3", "Efiran- "777", "Efiran-197", "N-12", "B" və bioloji stimulyator "Azolyat-A" preparatları dövlət qeydiyyatından keçərək müəlliflik şəhadətnaməsi alıb.[1]
51 illik əmək və elmik fəaliyəti dövründə 6 müəlliflik şəhadətnaməsi, 200 elmi əsərin, 2 monoqrafiyanın, 3 kitabın, 4 kitabçanın müəllifidr. Əsərləri bir çox xarici ölkə nəşriyyatında (Polşa, Bolqarıstan, Macarıstan, Sovetler Birliyi ölkələrində) dərc edilib. Bir çox beynəlxalq konqreslərdə, elmi konfranslarda, simpiozium və sessiyalarda Azərbaycanı təmsil edib.[1]
Nəriman Şirinov 1995–2000-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Baytarlıq Komitəsində kollegiyanın, elmi-texniki şuranın üzvü, 2000–2004-cü illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində texniki şuranın, "Aqrar elm" jurnalının redaksiya heyətinin, AMEA-nın Zoologiya İnstitutunun nəzdində namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmək üçün ixtisaslaşdırılmış şuranın üzvü olub.[1]
2006-cı il iyul ayının 26-da Bakıda vəfat edib.[1]
Elmin inkişafında yüksək xidmətlərinə görə Ümumiittifaq KTEA-nin akademikləri K. J. Skryabin və N. S. Vişlevskinin 100 illiklərinə həsr edilmiş xatirə medalları ilə təltif edilib.[1]