Nəriman Məmmədov (bəstəkar)

Nəriman Məmmədov (tam adı: Məmmədov Nəriman Həbib oğlu; 28 dekabr 1927, Naxçıvan – 6 aprel 2015, Bakı) — Azərbaycan bəstəkarı,[1] Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru.

Nəriman Məmmədov
Nəriman Həbib oğlu Məmmədov
Ümumi məlumatlar
Doğum adı Nəriman Məmmədov
Doğum tarixi
Doğum yeri Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri II Fəxri Xiyaban
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2005 SSRİ Dövlət mükafatı "Lenin" ordeni

Nəriman Məmmədov 1927-ci il dekabr ayının 28-də Naxçıvan şəhərində doğulub. Kiçik yaşlarından musiqinin vurğunu olub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xalq çalğı alətləri və musiqi nəzəriyyəsi şöbələrini bitirən Nəriman bu illər xalq çalğı alətləri üçün "Suita"sını bəstələyir. Suita görkəmli bəstəkar və dirijor Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinin ifasında səslənib. O, təhsilini davam etdirərək Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyə, sonralar isə bəstəkarlıq şöbələrini uğurla bitirmişdir.[2]

O, yeddi simfoniyanın müəllifidir. Bunlardan ikisi proqramlı əsərlərindəndir. 3-cü simfoniya orqan üçün yazılmış və Riqada müvəffəqiyətlə səslənmişdir. Dördüncü simfoniya Hüseyn Cavidə, 7-ci simfoniya Xocalı faciəsinə həsr olunmuşdur. Onun yeddi konsertindən dördü fortepiano ilə simfonik orkestr, 7-ci konsert fleyta ilə orkestr üçün yazılmışdır. Fortepiono üçün yazdığı konsertlərin ikisi Moskva radiosunun fondunda saxlanılır.

Səməd Vurğunun eyni adlı poeması əsasında yazılmış "Humay" baleti 80-ci illərdə Azərbaycan Dövlət Opera və Balet teatrında səhnə təcəssümü tapmışdır. "Humay" baletində muğam janrından istifadə edilmişdir. Respublikanın xalq artisti Cövdət Hacıyev o zaman demişdi: "Nəriman Məmmədov "Humay" ilə balet tariximizin yeni parlaq səhifəsini açdı".

Hazırda Nəriman Məmmədov Hüseyin Cavidin "Şeyx Sənan" baleti üzərində işini başa çatdırmışdır. Musiqili komediyaları — "Altı qızın biri Pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir" (Tofiq Bakıxanovla birgə) və eləcə də dördüncü musiqili komediya "Olacağa çarə yoxdur" (Ramiz Abdullayevin librettosu əsasında) bəstəkarın uğurlarındandır.

Nəriman Məmmədov bir neçə simfonik poema, kamera orkestri üçün pyeslər və instrumental əsər-kvartet, trio və sonata bəstələmişdir. Onun yaradıcılığında mahnı janrı da xüsusi yer tutur. Nəriman Məmmədovun 700-ə yaxın mahnısı Azərbaycanın görkəmli müğənnilərinin ifasında lentə yazılmışdır. Müəllif mahnılarının mətnləri üçün şairlərdən Rəaul Rza, Bəxtiyar Vahabzadə, Fikrət Qoca, R. Heydər, R. Muxtar, Nüsrət Kəsəmənli, R. Abdullayev, Musa Urud və Xuraman Vəfanın sözlərinə müraciət etmişdir.

O, 1959-cu ildən bu günədək AMEA-nın Memarlıq və İncəsənət İnstiutunda elmi işçi kimi fəaliyyət göstərir. Bu illərdə onun respublikanın müxtəlif güşələrində topladığı xalq mahnıları və oyun havaları (Ə. İsazadə ilə birlikdə hazırlanmış məcmuə) çap olunub.

Muğamın sirlərini mahir bilicisi, görkəmli tarzən, pedaqoq, əməkdar incəsənət xadimi və əməkdar müəllimi Əhməd Bakıxanovdan öyrənmişdir. Nəriman Məmmədov muğamların nota yazılmasında çox işlər görmüşdür. Müxtəlif illərdə Əhməd Bakıxanovun ifasında "Bayatı-Şiraz", "Şur" muğamları Moskvada çar olunmuşdur. Azərbaycanda "Rast", "Çahargah", "Humayun", "Segah-zabul", "Şahnaz" və "Rahab" muğamları nəfis şəkildə çıxmışdır. Vokal dəstgah formasında partitura Bəhram Mansurovun və xanəndə Hacıbaba Hüseynovun, Yaqub Məmmədov və Bəhram Mansurovun ifasında çap olunmuşdur. Bu muğamlara zəmanəmizin ən görkəmli sənətkarları Qara Qarayev, Tofiq Quliyev rəylər yazmışlar. N. Məmmədovun işləməlrilə İslam Rzayevin ifasında "Bayatı-Şiraz" dəstgahı, Zülfü Adıgözəlovun ifasında "Segah-Zabul" nota alınmışdır. Qeyd eləmək lazımdır ki, bəstəkar tamaşaya qoyulmuş xeyli əsərə də musiqi yazmışdır.

Musiqili komediyaları

[redaktə | mənbəni redaktə et]
  • Altı qızın biri Pəri (Tofiq Bakıxanovla birgə)
  • Məmmədəli kurorta gedir (Tofiq Bakıxanovla birgə)
  • Qız görüşə tələsir (Tofiq Bakıxanovla birgə)
  • 7 simfoniya (dördüncüsü Hüseyn Cavidə, yeddincisi isə Xocalı faciəsinə həsr olunub)
  • bir neçə simfonik poema, kamera orkestri üçün pyeslər və instrumental əsər-kvartet, trio və sonata
  • 700-ə yaxın mahnı
  1. Görkəmli bəstəkar Nəriman Məmmədov dünyasını dəyişib //525-ci qəzet.- 2015.- 8 aprel.- S.7.
  2. Nəriman Həbib oğlu Məmmədov: [Xalq artistinin vəfatı ilə bağlı] //Azərbaycan.- 2015.- 7 aprel.- S.6.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]