Bu məqalə müğənni Zaur Rzayev haqqındadır. General Zaur Rzayev üçün Zadir Rzayev səhifəsinə baxın. |
Zaur Əlihüseyn oğlu Rzayev (28 yanvar 1952, Karrar, Kürdəmir rayonu) — Azərbaycan müğənnisi, Azərbaycan Silahlı Qüvvələri Mahnı və Rəqs ansamblının rəhbəri, Azərbaycan Respublikasının xalq artisti (2003). Dağıstan Respublikasının xalq artisti (2008).
Zaur Rzayev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 28 yanvar 1952 (72 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, xanəndə |
Fəaliyyət illəri | 1969-cu ildən |
Janrlar | xalq musiqisi, estrada[d], muğam |
Təhsili | |
Mükafatları |
Zaur Rzayev 28 yanvar 1952-ci ildə Kürdəmir rayonunun Karrar qəsəbəsində dəmiryolçu Əlihüseyn Rzayevin ailəsində anadan olub. Kiçik yaşlarında ailəsi ilə Hacıqabula köçmüş, burada yerləşən 5 nömrəli orta məktəbdə təhsilinə başlamışdır. 8-ci sinfə qədər burada oxuduqdan sonra Bakıya gələrək təhsilini əvvəlcə Bakı Kitabxanaçılıq Texnikumunda, sonra isə Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsilini davam etdirmişdir. Bir müddət sonra Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblına solist götürülmüşdür.[1][2]
Zaur Rzayev 1976-cı ildə Bakı Zabitlər Evində hərbi xidmətə başlamış, elə həmin ildən də buranın solisti olmuş, Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olmuşdur. Sonradan Azərbaycan Dövlət Mahnı Teatrında solist kimi fəaliyyət göstərmiş, 1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsinə daxil olaraq təhsilini davam etdirmişdir. 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələri Mahnı və Rəqs Ansamblının rəhbəri kimi çalışmağa başlamışdır.[1]
Zaur Rzayevə 24 iyun 1998-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti"[3], 2000-ci ildə "Dağıstan Respublikasının əməkdar incəsənət xadimi"[1], 25 iyun 2003-cü ildə "Azərbaycan Respublikasının xalq artisti"[4], 22 aprel 2008-ci ildə isə "Dağıstan Respublikasının xalq artisti"[5] fəxri adları verilmişdir.