Dəmir Müseyib oğlu Qasımov və ya Dəmir Gədəbəyli (27 mart 1939, Ataxal, Gədəbəy rayonu – 6 may 2019[1], Bakı) — şair, filologiya elmləri doktoru.
Dəmir Gədəbəyli | |
---|---|
Dəmir Qasımov | |
Doğum tarixi | 27 mart 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 6 may 2019[1] (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Müseyib Qasımov |
Anası | Bafta Qasımova |
Elm sahələri | ədəbiyyat, filologiya |
Elmi dərəcəsi | |
Təhsili | |
Üzvlüyü |
1939-cu il mart ayının 9-da (şəxsiyyət vəsiqəsində 27 mart) Gədəbəy rayonunun Ataxal kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Orta təhsilini Böyük Qaramurad məktəbində almış, sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1961-ci ildə ADU-ni bitirmiş, elə həmin ildən 1991-ci ilə qədər , 30 il Azərbaycan Dövlət Televiziya və Radio verlişləri komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. "20 yanvar" qəzetinin baş redaktoru olmuşdur. Müstəqillik dövründə müxtəlif Universitetlərdə dərs demişdir (ABU, "Odlar Yurdu" ,"Təfəkkür"). 60-cı illərdən şeirləri çap olunmağa başlayıb. 1972-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 1981-ci ildən Azərbaycan Yazıçılar İttifaqının, 1988-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur.
1975-ci ildə görkəmli alim Mir Cəlal Paşayevin rəhbərliyi ilə "Azərbaycan poeziyasında qoşma" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1989-cu ildə isə "Azərbaycan dastanlarının poetikası" adlı doktorluq dissertasiyasını müdafiə edib.
Türkiyənin "Zaman" qəzetinin Bakı üzrə təmsilçisi olmuşdur. 50-dən çox kitabı çap olunub. Demək olar ki, çap olunmamış 60 kitablıq poema, dram və şeirləri var.
Ən məşhur bəstəkarlar 300-ə qədər sözünə mahnı bəstələyib və bu mahnılar tanınmış müğənnilərin ifasında səslənib.
Onun şeirləri alman, ingilis, rus, yunan, rumın, çex, bolqar, macar və s. dillərə tərcümə edilmişdir.
Dəmir Gədəbəyli 6 may 2019-cu ildə vəfat etmişdir.
Onun şeirləri alman, ingilis, rus, yunan, rumın, çex, bolqar, macar və.s dillərə tərcümə edilmişdir. Şair "Ayrılıgın ilk günü", "Cavadxan", "Son güllə", "Ağaməhəmməd xan və ya qisasa qisas" və.b. mənzum dram əsələrinin müəllifidir. Dəmir Gədəbəyli 1990-cı ildə Mir Cəlal Paşayev haqqında "Yetimlər atası" poemasını qələmə alıb. 2008-ci ildə isə bu poema Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmovun, Doktor Cavad Heyətin, fəlsəfə elmləri doktoru, professor Mahir İsrafilovun müqəddimələri ilə ayrıca kitab şəklində çap edilib[2]. Şairin digər kitabları aşağıdakılardır:
Dəmir Qasımov iki dəfə ailə qurub. O, 1961–1980-ci illərdə Zuleyxa Qasımova ilə ailəli olmuş, İlqar Qasımov (16.02.1962), Elçin Qasımov (27.07.1963) və Sevinc Qasımova (10.02.1970) adlı övladları olmuşdur. 1983-cü ildən isə Ruxsarə Novruzova ilə ailəli olmuş, Aysel Dəmir və Türkel Qasımov adlı övladları olmuşdur.