Nəriman Nərimanov (film, 1966)

Tarixi-bioqrafik film Azərbaycan Xalq Komissarları Sovetinin I sədri, dövlət xadimi, həkim, yazıçı və dramaturq Nəriman Nərimanovun həyat və yaradıcılığına həsr edilmişdir. Filmin kompozisiyası iki paralel xətt üzərində qurulmuşdur. Birinci xətt, dramaturq, yazıçı, jurnalist və həkimin keçdiyi həyat yoludur. Buraya Nərimanovun Tiflisdə keçən uşaqlıq illəri, gənclik dövrü, ilk yaradıcılıq işləri, Bakıda müəllimlik etməsi, "Bahadur və Sona" povestinin və "Pir" hekayəsinin yazılması, Azərbaycan teatrının yaradılması və inkişafı üçün yorulmadan çalışması, "Nadir Şah" əsərini yazması, "Hümmət" qəzetindəki fəaliyyəti daxil edilmişdir.

Nəriman Nərimanov
Janr tarixi
bioqrafik
Rejissor Muxtar Dadaşov
Ssenari müəllifi Vəli Məmmədov
Operator Əlibala Ələkbərov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1966
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1966
Texniki məlumatlar 3 hissə
828 metr
35 mm

Məzmun[redaktə | mənbəni redaktə et]

İkinci xətt N. Nərimanovun inqilabi fəaliyətidir. Filmdə qəhrəmanın Azərbaycan xalqının taleyi ilə bağlı olması göstərilmişdir.

Film haqqında[redaktə | mənbəni redaktə et]

Rejissor Muxtar Dadaşov filmin çəkilişi zamanı N. Nərimanovun Genuya konfransındakı çıxışını əks etdirən kadrları Moskva arxivlərinin birindən tapıb. Sonra həmin kadrları filmdə canlandırıb.[1]

Festivallar və mükafatlar[redaktə | mənbəni redaktə et]

1) 1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna Respublikalarının "Prometey-67" Zona Kinofestivalı
  • Tarixi-inqilabi mövzunun ən yaxşı təcəssümünə görə film "Veçerniy Tbilisi" qəzetinin prizini almışdır.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Muxtar Dadaşov
Ssenari müəllifi: Vəli Məmmədov
Operator: Əlibala Ələkbərov
Səs operatoru: Şamil Kərimov

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Muxtar Dadaşov" (az.). Mədəniyyət. 12 sentyabr 2012. 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-09.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170–179.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]