Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 37 gün əvvəl Grenzsoldat (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Nəsibə Mahmudbəyova-Vəlizadə — pedaqoq, Azərbaycan SSR "Xalq maarif əlaçısı" (1971).
Nəsibə Mahmudbəyova-Vəlizadə | |
---|---|
Nəsibə Seyfulla bəy qızı Mahmudbəyova-Vəlizadə | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Həyat yoldaşı | Vəli Vəlizadə |
Atası | Seyfulla bəy Mahmudbəyov |
Anası | Töfənisə xanım |
Təhsili | Azərbaycan Dövlət Müəllimlər İnstitutunun Fizika-riyaziyyat fakültəsi |
Nəsibə xanım Seyfulla bəy qızı Mahmudbəyova-Vəlizadə 28 mart 1916-cı ildə Şamaxıda anadan olmuşdur. Onun ata babası Hacı İbrahimxəlil bəy Şamaxının ziyalı, mötəbər şəxslərindən idi. O, müəllim, Aleksandr Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmudbəyovun, mühəndis, Azərbaycan Milli Şurasının üzvü Ələsgər bəy Mahmudbəyovun qardaşı qızıdır.[1]
Nəsibə xanımın atası Seyfulla bəy Şamaxının hörmətli insanlarından idi. Seyfulla bəyin dörd oğlu, üç qızı olmuşdur. Nəsibə xanım Seyfulla bəyin böyük qız övladı idi. 1918-ci ildə Şamaxıda baş vermiş zəlzələdən sonra Nəsibə xanımın ailəsi Bakıya köçməyə məcbur olmuşdur. Üç yaşında ikən atasını itirən Nəsibə xanım anası Töfənisə xanımın, böyük qardaşı Bəhram bəy Mahmudbəyovun himayəsində böyümüşdür.[1]
Nəsibə xanım Bakıda 7 illik məktəbi qurtardıqdan sonra 1926–1930 illərdə Bakı Pedaqoji Texnikumunu ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil almışdır. O, M. F. Axundov adına Azərbaycan Dövlət Müəllimlər İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Fizika-riyaziyyat fakültəsində oxumuş, 1937-ci ildə müəllimə ixtisası üzrə ali təhsil almışdır.[1]
Nəsibə xanım 1938-ci ildə uzun illər texniki peşə təhsilli sistemində müxtəlif rəhbər vəzifələrdə çalışmış Azərbaycanın tanınmış ziyalısı, respublikanın əməkdar müəllimi Vəli Vəlizadə ailə həyatı qurmuşdur.
Nəsibə xanım 1939–1943 illərdə Bakı şəhəri, Çaparidze rayonu 3 və 2 saylı pedaqoji məktəbdə, 1948–1981 illərdə 7 saylı orta məktəbdə müəllimə işləmişdir. Azərbaycanın qabaqcıl maarif xadimlərindən sayılan Nəsibə xanım uzun illər fizika və riyaziyyat fənlərini şagirdlərə tədris etməklə yanaşı, məktəbin ictimai həyatında da yaxından iştirak etmişdir. O, dərs dediyi orta məktəbin həmkarlar təşkilatının sədri idi.[1]
Nəsibə xanım 42 illik pedaqoji fəaliyyətindən sonra 1981-ci ildə fərdi təqaüdə çıxmışdır. O, 1971-ci ildə Azərbaycan SSR "Xalq maarif əlaçısı" nişanına layiq görülmüşdür.[1]
Nəsibə xanım Mahmudbəyova-Vəlizadə 31 dekabr 1997-ci ildə 81 yaşında Bakıda vəfat etmişdir.[1]