Əli Əsgər bəy Mahmudbəyov (Mahmudbəyov Hacı İbrahimxəlil bəy oğlu Ələsgər bəy; 15 mart 1875, Şamaxı – 27 avqust 1968, Qahirə) — mühəndis, Azərbaycan Milli Şurasının üzvü. İstiqlal Bəyannaməsini imzalamış Azərbaycanın Milli Şurasının nümayəndəsi.
Əli Əsgər bəy Mahmudbəyov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 mart 1875 |
Doğum yeri | |
Vəfat tarixi | 27 avqust 1968 (93 yaşında) |
Vəfat yeri |
Əli Əsgər bəy Hacı İbrahimxəlil bəy oğlu Mahmudbəyov Bakı real məktəbini, daha sonra Peterburq Politexnik İnstitutunu bitirmişdir.
Təhsilini başa vurduqdan sonra Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində çalışmış, 1908-ci ildə Tiflisə köçərək ictimai fəaliyyət göstərmiş, Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin işində yaxından iştirak etmişdir.
Azərbaycan Milli Şurasının İstiqlal bəyannaməsini imzalayan 26 üzvündən biri idi.
1918-ci ildə Türkiyəyə getmiş, Adana şəhərində toxuculuq fabrikinə başçılıq etmişdir. Sonralar Qahirəyə köçmüş, ömrünü orada başa vurmuşdur.