Nəsimi (rayon)

Nəsimi rayonu — Nəsimi rayonu 1969-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yaradılmışdır.

Nəsimi rayonu
40°22′59″ şm. e. 49°49′59″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 13 iyun 1969[1]
Sahəsi
Mərkəzin hündürlüyü 11 m
Əhalisi
Əhalisi
  • 222.600 nəf. (1 yanvar 2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 12
Poçt indeksi AZ1000
Digər
nasimi-ih.gov.az
Xəritəni göstər/gizlə
Nəsimi rayonu xəritədə
Nəsimi rayonu
Nəsimi rayonu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nəsimi rayonu onu əhatə edən indiki Yasamal, SəbailNərimanov rayonlarının əraziləri hesabına yaradılmışdır. Ərazisi 9 kvadrat kilometrdir. 1999-cu ildə keçirilmiş əhalinin ilk milli siyahıya alınmasının nəticələrinə görə, rayonun daimi əhalisi 196 min nəfər olmuşdur. Hazırda əhalinin sayı 202 073 nəfərdir.

Ermənistan Respublikasının təcavüzü nəticəsində 1988-ci ildən başlayaraq qaçqın düşmüş azərbaycanlıların bir qismi – 17.476 nəfəri və ya 3726 ailə müvəqqəti olaraq rayonun ərazisində məskunlaşmışdır. Azərbaycanın işğal olunmuş bölgələrindən olan məcburi köçkünlərin 11.401 nəfəri və ya 2797 ailə də Nəsimi rayonunda məskunlaşmışdır.

Nəsimi rayonunu paytaxtın giriş qapısı da adlandırırlar. Belə ki, Bakının giriş qapıları sayılan Dəmiryolu Sərnişin Vağzalı və Beynəlxalq Şəhərlərarası Avtovağzal bu rayonda yerləşir.

Şəhər Metropoliteninin "28 May", "C. Cabbarlı", "20 Yanvar", "8 Noyabr" və "Əcəmi" stansiyaları da Nəsimi rayonu ərazisindədir.

Bakıdakı Heydər Əliyev adına "İdman-Konsert Kompleksi", Respublika Velotreki rayonun tanınmış idman obyektlərindəndir.

Paytaxtın mərkəzində yerləşməsi rayonun sosial-iqtisadi, mədəni inkişafına müsbət təsir göstərmişdir. Hazırda rayon ərazisində 10-dan artıq istirahət parkı vardır.

Nəsimi rayonu təhsil müəssisələrinin sayına görə də paytaxtda birincidir. Dövlət ali məktəblərinin 5-i bu rayonda fəaliyyət göstərir. Rayonda onlarla ümumtəhsil məktəbi və uşaq bağçası vardır.

Paytaxtdakı mühüm səhiyyə ocaqlarının da əksəriyyəti Nəsimi rayonunun ərazisində yerləşir. Burada çoxlu sayda elmi-tədqiqat tibb institutu, klinik xəstəxana, doğum evi və poliklinika fəaliyyət göstərir.

Nəsimi rayonundakı 7 mehmanxana – "Avropa" hoteli, "Bakı", "İSR Plaza", "Ambassador", "Halekai", "İrşad" və "Diplomat" mehmanxanaları paytaxtın qonaqlarına xidmət göstərir.

1969-cu ildə Nəsimi rayonu yaradılarkən burada 100-dən çox sənaye, tikinti və nəqliyyat müəssisəsi fəaliyyət göstərirdi. 70-ci illər bütün Azərbaycanda olduğu kimi, Nəsimi rayonunda da sənaye və iqtisadiyyatın yüksəliş dövrü olmuşdur. Rayon ərazisində ölkə əhəmiyyətli bir neçə sosial-mədəni obyekt yerləşir. Onlardan ən mühümü "Heydər Əliyev adına Saray"dır. Milli memarlıq elementləri ilə müasirliyin cizgilərini özündə üzvi şəkildə birləşdirən bu sarayın qarşısındakı parkda Heydər Əliyevin əzəmətli abidəsi ucalır.

Nəsimi rayonu 13.06.1969-cu il tarixdə yaradılmışdır.[3].

Rayon ərazisində 8 ali məktəb (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Asiya Universiteti, Azərbaycan Universiteti, Bakı Qızlar Universiteti), 33 orta məktəb, 4 orta ixtisas və peşə məktəbi, 8 məktəbdənkənar tərbiyə müəssisəsi, 2 musiqi məktəbi, 47 körpələr evi-uşaq bağçası, 11 xəstəxana, 11 poliklinika, 13 memarliq abidəsi yerləşir[3].

Nəsimi rayonu Abşeron yarımadasının xəritəsində

Nəsimi rayonu Xətai, Nərimanov, Binəqədi, YasamalSəbail rayonları ilə həmsərhəddir.

  1. 1 2 http://www.baku.azstat.org/section/demography/001.xls.
  2. http://www.nasimi-ih.gov.az/page/10.html.
  3. 1 2 "Rayon haqqında — nasimi-ih.gov.az saytı". 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-14.