Nəsir Məmmədov

Nəsir Məmmədov (tam adı: Məmmədov Nəsir Nəsirzadə;10 may 1907, Dəstə, Ordubad rayonu25 iyul 1982, Bakı) — dilçi alim[1]

Nəsir Məmmədov
Məmmədov Nəsir Nəsirzadə
Doğum tarixi
Doğum yeri Çar Rusiyası, İrəvan quberniyası, Ordubad, Dəstə
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı Azərbaycan SSR
Milliyyəti Azərbaycanlı
Elm sahəsi Dilçilik
Elmi dərəcəsi Filologiya elmləri doktoru
Elmi adı Professor
İş yerləri Azərbaycan Dövlət Universiteti, Cəlil Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Pedaqoji Dillər İnstitutu
Təhsili Azərbaycan Dövlət Universiteti

10 may 1907-ci ildə Ordubad rayonun Dəstə kəndində anadan olmuşdur.

1925-ci ildə orta məktəbi bitirmiş, 1928-1929-cu illərdə Zaqaf­qaziya Kommunist Universitetinə daxil olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirmişdir.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ali məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri, Bakının sabiq Keşlə rayon partiya komitəsinin katibi vəzifələrində çalışmışdır.

Pedaqoji və elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1942-1945-ci illərdə C.Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun direktoru olmuş, burada dilçilik kafedrasına rəhbərlik etmişdir. 1945-ci ildən yenidən BDU-nun Ümumi dilçilik kafedrasında çalışmağa başlamış, 22 il bu kafedrada dosentprofessor vəzifələrində işləmişdir. 1947-ci ildə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1967-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda Azərbaycan dilçiliyi kafedrasının müdiri olmuşdur.1972-ci ildə yenidən BDU-nun Ümumi Dilçilik kafedrasına keçərək orada professor vəzifəsində çalışmışdır. Azərbaycanda nəzəri dilçiliyin yaradıcılarındandır.[2] Nəzəri dilçilik sahəsindəki fəaliyyəti Azərbaycanda bu sahədə elmi fikri xeyli zənginləşdirmişdir.

  • Dilçiliyin əsasları, Bakı,1961
  • Dilçiliyə giriş (A.Axundovla birgə), Bakı,1966
  • Azərbaycan dilçiliyinin nəzəri əsasları, Bakı, 1970
  1. "Məmmədov Nəsir Nəsirzadə" (PDF). 2022-03-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-15.
  2. "Azərbaycan dilçilik elminin yaradıcılarından biri". 2017-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-15.