Nəsrulla Babayev

Babayev Nəsrulla Xanbaba oğlu[1] (15 dekabr 1918, Bakı1975, Bakı) — texnika elmləri doktoru, professor, I dərəcəli SSRİ Dövlət mükafatı və Azərbaycanıən Dövlət mükafatı laureatı, həmçinin "Azərbaycanın əməkdar mühəndisi", "SSRİ fəxri neftçisi" adlarına layiq görülüb. O, iki dəfə Qırmızı Əmək Bayrağı, Lenin və "Şərəf Nişanı" ordenləri və s. ordenlərlə təltiv olunub.

Nəsrulla Babayev
Doğum tarixi 15 dekabr 1918(1918-12-15)
Doğum yeri
Vəfat tarixi 1975
Vəfat yeri
Dəfn yeri
Elmi dərəcəsi texnika elmləri doktoru
Təhsili
  • Bakı şəhəri 18 nömrəli tam orta məktəb[d]
Mükafatları SSRİ Dövlət mükafatıAzərbaycan SSR Dövlət mükafatı"Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı
"Qırmızı əmək bayrağı" ordeni"Qırmızı əmək bayrağı" ordeni "Lenin" ordeni"Şərəf nişanı" ordeni

Babayev Nəsrulla Xanbaba oğlu Bakı şəhərində anadan olmuşdur. Şair Mikayıl Müşfiq Bakı şəhəri 18 saylı orta məktəbdə onun müəllimi olmuşdur.[2] 1942-ci ildə Neft-mədən işi ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini fərqlənmə ilə bitirərək, Azneft İB-nin Molotovneft trestinin qazıma kontorunda qazıma üzrə mühəndis işləyib. Böyük Vətən Müharibəsi iştirakçısıdır. Cəbhədən qayıtdıqdan sonra Kaqanoviçneft trestinin quyuların əsaslı təmiri kontorunda böyük mühəndis, sex rəisi işləmişdir. 1945–1946-cı illərdə Kaqanoviçneft trestinin qazıma kontorunun direktoru əvəzi, İdarə Texniki Birliyinin (ПТО) rəhbəri olub. 1946–1949-cu illərdə Azərneft İB-nin dənizdə qazma trestinin Gürgan-dəniz qazıma kontorunun direktoru, Azərneftkəşfiyyat İB-nin Jiloy adasında qazıma kontorunun direktoru işləyib. 1949–1954-cü illərdə Azərdənizneft birliyinin dənizdə kəşfiyyat qazıması trestinin baş mühəndisi olmuşdur. 1954–1959-cu illərdə Azərdənizneftkəşfiyyat trestinin qazıma üzrə rəis müavini seçilib. 1959–1961-ci illərdə Azərdənizneftkəşfiyyat trestində baş mühəndis, rəis müavini işləyib. 1961-ci ildə Dərin maili quyuların qazılması texnologiyası məsələlərinin tədqiqi mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1961–1963-cü illərdə Azərneft İB-nin rəis müavini olub. 1963–1965-ci illərdə Başdənizneft Baş İdarəsi rəisinin birinci müavini olmuşdur. 1964-cü ildə Dənizdə dərin neft və qaz quyularının qazılması mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1965–1970-ci illərdə Azərbaycan SSR Neft hasilatı sənayesi nazirliyinin Dənizneft birliyinin rəhbəri olub. 1972–1975-ci illərdə Dənizneftqazlayihə institutunun direktoru olub. Babayev N. X. dənizdə yataqların işlənilməsinin pionerlərindən biridir. Gürgan-dəniz. Neft daşları, Qum-dəniz, Qaradağ-dəniz, Gürovdağ, Cənub, Sanqaçal-dəniz, Bulla adası, Makarov və b. yataqları onun bilavasitə iştirakı ilə kəşf olunub və istismara verilibdir.

İlk dəfə Neft Daşlarında 1 nömrəli kəşfiyyat quyusunun qazılması üçün qazma avadanlığının quraşdırılması Nesrulla Babayevin rəhbərliyi ilə həyata keçirilmişdir. Onun əmri ilə ilk qazma briqadası və onun ustası M. P. Kaveroçkin təyin edilmişdir. Nesrulla Babayev mürəkkəb geoloji-texniki şəraitdə dərin və çox dərin quyuların qazılması ilə mürəkkəb texniki məsələləri bacarıqla həll etmişdir. Neftçıxarma sənayesi sistemində işlədiyi dövrdə Nəsrulla Babayev özünü qazma -sahəsində yüksəkixtisaslı mütəxəssis kimi göstərmiş,Gürgan-dəniz, Neft Daşlan, Qum adası, Qaradağ-dəniz, Girovdağ, Murovdağ, Banka-Cənub, Səngəçal-dəniz, Duvannı-dəniz, Bulla adası, Bahan və s. yataqların açılmasında və işlənməsində iştirak etmişdir. 1951-ci ildə dəniz neft yataqlarının kəşfi və işlənməsi, neft və qaz quyularının qazılması sahəsində xidmətlərinə görə, bir sıra neftçilərlə yanaşı, ona da SSRİ Dövlət Mükafatı verilmişdir.[3]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1962-ci ildə Dənizdə dərin maili neft quyularının qazılmaşı mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1960-cı ildə ona Azərbaycan SSR-in Əməkdar mühəndisik fəxri adı verilmişdir. 1965-ci ildə Nəsrulla Babayev Azərbaycanın ayrı-ayrı dəniz sahələrində dərin neft quyularının qazılması mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 1968-ci ildə ona professorluq vəzifəsi verilmişdir. 1972-ci ildə dənizdə çox dərin və maili quyuların qazılma texnologiyasını işləyib hazırladığına görə o, Azərbaycan SSR Dövlət Mükafatı Laureatı adma layiq görülmüşdür. Keçmiş Sovetlər İttifaqının ən böyük və perspektivli birliklərindən birinin rəhbəri olaraq Nəsrulla Babayev təsərrüfat işlərini elmi və pedoqoji fəaliyyətilə birləşdirmişdir. O, Azərbaycan SSR Elmlər Akademiyasının Dərin Neft, Qaz Yataqlarının Problemləri İnstitutunda dağ süxurlarının dağıdılması labo-ratoriyasının rəhbəri və- AzNKİ-nin qazma kafedrasının professoru işləmişdir. Öz istehsalat və elmi fəaliyyətində Nesrulla müəllim 80 elmi əsər, o cümlədən "Azərbaycanın dəniz sahələrində dərin quyuların qazıl- ması" monoqrafiyasım dərc etdirmişdir ki, bunun da böyük elmi və təcrübi əhəmiyyəti vardır. O, böyük təsərrüfat əhəmiyyəti olan 40 ixtiranın, onlarla səmərələşdirici təkliflərin müəllifidir. Bu ixtiraların və səmərəli təkliflərin çoxunun tətbiqi quyuların qazılmasmdakı texniki-iqtisadi göstəricilərin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin etmişdir. Bunlara "Humat tozlarının istehsal texnologiyası", "İşlənmiş gil məhlulundan ağırlaşdırıcının regenerasiyası üçün hidrosiklon qurğusu", "Spindelsiz turbobur" və "Qazma avadanlığı üçün deniz özülü" kimi ixtiraları daxildir. Professor Nəsrulla Babayev yüksək ixtisaslı mühəndis kadrlarının hazırlanmasında böyük əmək sərf etmiş, AzNKİ-nin və Azərbaycan SSR EA DNYPİ-nin aspirantlarının elmi rəhbəri olmuşdur. O, SSRİ Neftçıxarma Nazirliyinin, Azərbaycan SSR Neftçıxarma Nazirliyinin texniki şuralarının, bir sıra institutların elmi şuralarının üzvü idi. 1967-ci ildə Az. SSR Ali Sovetinin deputatı seçilmişdi. Dəniz Neft yataqlarının kəşfiyyatında və işlənməsində yaradıcı iştirakına, Azərbaycanın Neft sənayesində qüsursuz və məsuldar fəaliyyətinə görerNəsrulla Babayev Lenin, "Qırmızı Əmək Bayrağı", "Şərəf nişam" ordenləri və medallarla təltif edilmişdir.

Babayev N. X. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir.

Babayev N. X. 100-dən artıq elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifi olub. İxtiralara görə 100 müəllif şahadətnaməsi alıb.

  1. "Arxivlənmiş surət". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-08.
  2. Axundzadə, Dilbər. Müşfiqli Günlər (Azərbaycan dili) (Birinci nəşr). Bakı: Xan Nəşriyyatı. 2015. səh 124.
  3. Bayram Bayramov. Neft Daşları-tufanlar qoynunda həyat