Kinolent Azərbaycanın görkəmli ictimai xadimi, alimi, Azərbaycanda elektrotexnikanın banisi, respublikanın əməkdar mühəndisi Nəsrulla Nəsrullayevə həsr olunmuşdur. Film bioqrafik süjetə malikdir. Nəsrulla Nəsrullayev uzun illər müxtəlif təsərrüfat orqanlarında yüksək vəzifələrdə işləmişdir. 1969–1975-ci illərdə rabitə naziri, 1975–1977-ci illərdə yüngül sənaye naziri vəzifəsində çalışmışdır. O, Azərbaycanda ilk elektrotexnika zavodunu yaratmış və onun direktoru olmuşdur.
Nəsrulla Nəsrullayev | |
---|---|
Janr | bioqrafik |
İstehsalçı | "Yaddaş" Sənədli Filmlər Studiyası |
İlk baxış tarixi | 1999 |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 23 dəq. 36 san. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 1999 |
Texniki məlumatlar |
3 hissə 1819 metr 35 mm |
Rəng | rəngli |
Filmdə alimlərdən Sənan Axundov, Südef İmamverdiyev və Süleyman Tatlıyev Nəsrulla müüəllim haqqında söz deyirlər.
Film Azərbaycan Respublikası Rabitə Nazirliyinin və Lukoyl Neft Şirkəti Xeyriyyə Fondu Bakı filialının sifarişi ilə çəkilmişdir.