Səlimova Gülşən Zəki qızı (30 yanvar 1954, Bakı) — Azərbaycan kinosunda montaj üzrə rejissor, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2006).
Gülşən Səlimova | |
---|---|
Gülşən Zəki qızı Səlimova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | montaj üzrə rejissor |
Fəaliyyət illəri | 1972-bu gün |
Mükafatları | |
IMDb | ID0758324 |
Gülşən Səlimova 30 yanvar 1954-cü ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunudur. 1972-ci ildən bu günədək C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında montajçı vəzifəsində çalışır. "Tütək səsi", "Ad günü", "Üzü küləyə", "İstintaq", "Bağlı qapı", "Özgə vaxt", "Girov" və s. bədii filmlərin montajçısı olmuşdur.
1992-ci ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissor və operator sənətləri" kafedrasının pedaqoqudur.
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 2011-ci ildən etibarən Azərbaycan Dövlət Film Fondunda şöbə müdiri vəzifəsində çalışır.
Ailəlidir. 3 övladı, 3 nəvəsi var.