Nəsrulla Nəsrullayev (film, 1999)

Kinolent Azərbaycanın görkəmli ictimai xadimi, alimi, Azərbaycanda elektrotexnikanın banisi, respublikanın əməkdar mühəndisi Nəsrulla Nəsrullayevə həsr olunmuşdur. Film bioqrafik süjetə malikdir. Nəsrulla Nəsrullayev uzun illər müxtəlif təsərrüfat orqanlarında yüksək vəzifələrdə işləmişdir. 1969–1975-ci illərdə rabitə naziri, 1975–1977-ci illərdə yüngül sənaye naziri vəzifəsində çalışmışdır. O, Azərbaycanda ilk elektrotexnika zavodunu yaratmış və onun direktoru olmuşdur.

Nəsrulla Nəsrullayev
Janr bioqrafik
İstehsalçı "Yaddaş" Sənədli Filmlər Studiyası
İlk baxış tarixi 1999
Filmin növü qısametrajlı sənədli film
Müddət 23 dəq. 36 san.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 1999
Texniki məlumatlar 3 hissə
1819 metr
35 mm
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Filmdə alimlərdən Sənan Axundov, Südef İmamverdiyev və Süleyman Tatlıyev Nəsrulla müüəllim haqqında söz deyirlər.

Film haqqında[redaktə | mənbəni redaktə et]

Film Azərbaycan Respublikası Rabitə Nazirliyinin və Lukoyl Neft Şirkəti Xeyriyyə Fondu Bakı filialının sifarişi ilə çəkilmişdir.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Nadir Əhmədov
Rejissor: Cəmil Quliyev
Operator: Nizami Abbas
Səs operatoru: Əsəd Əsədov
Montaj edən: Gülşən Səlimova
Musiqi tərtibatçısı: İsmayıl Dadaşov
Redaktor: Baba Vəziroğlu
İcraçı prodüser: Xanlar Cəfərov
Mətni oxuyan: Rafiq Hüseynov

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Rabitə Nazirliyi
"Lukoil" Neft Şirkəti Xeyriyyə Fondu Bakı Filialı