Nəzakət Xəlilova

Nəzakət XəlilovaAzərbaycanlı samboçu. 2015 Avropa Oyunlarının gümüş medalçısıdır. 2015-ci ildə "Tərəqqi" medalına layiq görülmüşdür.

Nəzakət Xəlilova
Şəxsi məlumatlar
Tam adı Nəzakət İbad qızı Xəlilova
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (30 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Boyu 162 sm.
Çəkisi 52 kq.
İdman növü Sambo
Medallar
18 aprel 2016 tarixində yenilənib.

Nəzakət Xəlilova 9 may 1994-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Nəzakət Xəlilova əslən Laçın rayonundandır.[1]

Nəzakət Xəlilova 2015-ci ildə önəmli yarışlarından birinə Bakı şəhərində qatıldı. O Azərbaycanı I Avropa Oyunlarında təmsil etdi. O birinci görüşdə 1/4 final mərhələsində Rumıniyalı Kodrina İonesku ilə üz-üzə gəldi. Kodrina İonesku ilə qarşılaşmadan Nəzakət Xəlilova 3-1 hesablı qələbə ilə ayrıldı və növbəti 1/2 final mərhələsinə vəsiqə qazandı. Yarım-finalda onun rəqibi Litvalı samboçu idi. Ruta Aksionova ilə görüşdən Nəzakət Xəlilova qələbə ilə ayrıldı. 4-0. Finala vəsiqə qazanan Nəzakət Xəlilovanın bu mərhələdə rəqibi Rusiyalı Anna Xaritonova idi. Güclü Rusiyalı rəqibi ilə qarşılaşmadan Nəzakət Xəlilova 0-4 hesablı məğlubiyyətlə ayrıldı və 2015 Avropa Oyunlarının gümüş medalını qazandı.

Nəzakət Xəlilova 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Laçınlı gənc idmançımızla fəxr edir!". Laçın yurdu (az.). Bəxtiyar-4. 2 (17). 2015. (#accessdate_missing_url)